gundem / siyaset
18.08.2021, 11:17
DSMF vətəndaşlara müraciət edib
DogruXebər.az : - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib.
Fondun İctimaiyyətlə Əlaqələr departamentindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, xidmət keyfiyyətini artırmaq və operativliyi təmin etmək üçün sosial sığorta və fərdi uçot, o cümlədən sosial sığorta ödəmələri ilə bağlı - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; müavinət, hamiləlik və doğuma görə müavinət; 3 yaşınadək uşağa qulluğa görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; dəfn üçün müavinət - suallar olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (012) 562-20-11 "Çağrı Mərkəzi" ilə əlaqə saxlamaq və yaxud Filialın mssfui-dsmf@sosial.gov.az elektron poçt ünvanına məktubla müraciət etmək mümkündür.