Ermənistan proseslərin ciddiliyini anlamağa başlayıb - SÜLH OLACAQ?

DogruXebər.az : - Avqustun 17-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib. Tərəflər müəyyən fasilədən sonra üçtərəfli işçi qrupun işini bərpa ediblər. İclas zamanı Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib.

Bundan əlavə müşavirədə 2021-ci ilin yanvarın 11-də imzalanmış Bəyanat çərçivəsində işlərin bundan sonrakı gedişi müzakirə olunub. Xatırladaq ki, bu, may ayında sərhəddə başlanan qarşıdurmadan sonra keçirilən ilk görüşdür. İrəvan dövlət sərhədinin bərpasına etiraz edərək, işçi qrupunun fəaliyyətini birtərəfli dayandırmış və “sərhəd məsələsi həll olunmadan, bərpa etməyəcəyini” bildirmişdi. Seçkidən sonra işçi qrupunun bərpa edilməsi ilə bağlı müəyyən mesajlar verildi, nəhayət, avqustun 12-də Paşinyan razı olduqlarını açıqladı. Üçtərəfli razılaşmalarda kommunikasiyanın bərpası Moskva üçün xüsusilə prioritetdir. Bu baxımdan, ruslar yolların açılması istiqamətində səylə işləyir. Hərçənd, burada bir vacib detal var, kommunikasiyaların açılması üçün sərhədlərin delimitasiyası lazımdır. İşçi qrupunun fəaliyyətə başlaması sərhədin delimitasiyasının rəsmiləşməsi istiqamətində də proseslərin getdiyi, yaxud bununla bağlı konkret razılığın olduğu deməkdir.

İşçi qrupun yenidən fəaliyyətə başlamasını “Şərq”ə analiz edən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, üç ölkə nümayəndələrinin yenidən müzakirələrə başlaması Ermənistanın proseslərin ciddiliyini dərk etməyə başladığını göstərir. Deputat vurğulayıb ki, İrəvan hökuməti nəhayət başa düşməlidir ki, 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatında əksini tapmış müddəalara qeyd-şərtsiz əməl etməkdən başqa çarə yoxdur: “Ermənistan tərəfi üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət işçi qrupunun fəaliyyətinə mane olurdu. Ermənistanın əsas məqsədi ondan ibarət idi ki, sərhədlərin delimitasiya və demarkasiya işlərinə əngəl olsun. İşçi qrupun yaradılmasının başlıca məqsədi regionda nəqliyyat infrastrukturunun yaradılmasına, digər iqtisadi layihələrin həyata keçirilməsinə nail olmaqdır. Həmçinin, atılacaq addımlarla bağlı ilkin təəssürat formalaşdırmaqdır. Daha sonra isə praktiki addımların atılması ilə bağlı təkliflər irəli sürməkdir. Hesab edirəm ki, indiki məqamda işçi qrupun fəaliyyətinin bərpa olunması Azərbaycanın güclü mövqeyinin göstəricisidir”.

Parlament üzvü xatırladıb ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov beynəlxalq yük daşıyıcılarına Cənubi Qafqazda yaranmış yeni imkanlardan bəhrələnməyi tövsiyə edib: “Rusiyanın yeni imkanlardan daha geniş istifadə etməsiylə bağlı çağırışlar edilir. Yeni nəqliyyat imkanları yaradan ölkə isə Azərbaycandır. Rusiya Azərbaycanın birgə bəyannaməyə uyğun addımlar atdığını görür. Əksər hallarda birgə bəyannamələrin icrası ilə bağlı Moksva ilə Bakının mövqeləri üst-üstə düşür. Ermənistan isə şərtlərdən boyun qaçırmağa çalışır. Bütün bunlara baxmayaraq, İrəvanın başqa çıxış yolu yoxdur. Gec-tez regionda mühüm dəyişikliklər baş verəcək. İşçi qrupunun fəaliyyətə başlaması da proseslərin Azərbaycanın maraqlarına uyğun cərəyan etdiyinin göstəricisidir”.


Oxunub: 254

Son xəbərlər

Mixəyin tərkibi və faydaları

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Şəhid olan Orxan Əsgərovun qohumlarının fəryadı — VİDEO

Abşeronda qəriibə hadisə

"Xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür" - Milli Məclis

“Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq” - Rusiya səfirliyi

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - VİDEO

Asteroid 2023 BU: Kosmik qaya bəzi peyklərdən daha yaxından keçir - FOTO

SENSASSİYA! Azərbaycan səfirliyinə xain hücumu bu ölkə təşkil edib

Təmizlik işciləri dayanacaqlarda toz qaldırırlar - GİLEY

"Azneft"də sürücülər NİYƏ NARAZIDIR?.. - YEYİNTİ İTTİHAMI...

"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır" - "Korkmaz Group"un sahibindən şikayət

Bütün xəbərlər