Yasamlın Elşad Həsənov adlı DƏRDİ VAR... - NARAZILIQ!

DogruXeber.az: - Ölkədə aparılan kadr islahatları nəticəsində gənclərin yüksək vəzifələrə təyin olunması, onlara etimad göstərilməsinə başlandı. Qocalmış,kresloda yaşlanan məmurların yerinə gənc, potensiallı, əksər hallarda xaricdə təhsil almış şəxslərin gətirilməsi hamıda ümid yaratdı. Ağılın yaşda deyil başda olduğu faktı bu dəfə də özünü doğrultdu. Bir çoxlarının işinə baxanda düşünürsən ki, yaxşı işləmək üçün heç də gənc olmaq kifayət deyil.

Problemlər girdabında boğulan Yasamal rayon sakinləri də Elşad Həsənovun icra başçısı təyinatından sonra uğurlu gələcək haqqında xəyallar qururdular. İnanırdılar ki, parlamentdə oturduğu müddətdə susqunluğu ilə məhşurlaşan E.Həsənov icra başçısı kimi az danışıb çox iş görənlərdən olacaq. Neynəyəsən ki, yasamallıların bu arzusu da ürəklərində qaldı. İndi E.Həsənov nə danışır, nə də iş görür.
“İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünüz izləyəcəksiz. Əlimdən gələni əsirgəməməyə çalışacam. Bu təyinata görə bir daha dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Vəzifəyə yeni təyin olunanda medyaya verdiyi açıqlamada belə demişdi E. Həsənov. Fəqət keçən zaman müddətində nəinki ona həvalə lunan işin öhdəsindən gəlmədiyi, hətta sosial-iqtisadi problemlərin bir az da dərinləşdiyinin şahidi oluruq.
Ümidləri doğrulmayan yasamallılar ötən müddətdə rayonda heç bir inkişafın şahidi olmasalar da torpaqların qarış-qarış satılmasının şahidi olublar. Bu gün Yasamal paytaxtın ən sıx məskunlaşan regionudur. Boş ərazilərin satılıb qurtarması səbəbindən artıq səkilər də satışa çıxarılıb.
E.Həsənovun təyinatından böyük ümidlər gözləyən Sovetski sakinlərinin də arzuları elə məhəllələrinin xarabalıqları altında dəfn olundu. Evləri sökülənlərin bu dəfə ümidlərini də sökdülər. Onların nəinki problemi həll olundu, heç yeni başçının düz-əməlli üzünü də görmədilər ki, dərdlərini desinlər.
Son zamanlar Yasamal ərazisində hansısa abadlıq-quruculuq işlərinin aparılması barəsində də danışmaq olmaz. Çünki yolları uçub dağılan, məhəllələri zibilxanaya dönən rayonda nədənsə buna ehtiyac görmürlər.
Rayonda apardığımız müşahidələr, sakinlərdən eşitdiyimiz şikayətlər belə qənaətə gəlməyə imkan yaratdı ki, Yasamalda vəziyyət heç də ürəkaçan deyil. Prezidentin etimadını doğrultmayan, rayon sakinlərinin arzularını puç edən E. Həsənovun fəaliyyəti tamamilə fiaskoya uğrayıb. Parlamentdə “susmaq qızıldır” prinsipi ilə fəaliyyət göstərən E. Həsənovun bu metodu yasamallılara yaman baha başa gəlir.// RUBRİKA.AZ


Oxunub: 393

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər