Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib

DogruXeber.az: - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və soyğunçuluqda təqsirləndirilən Elnur Mövlamovun məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadəsi dinlənilib.

Şahid qismində ifadə verən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı təqsirləndirilən şəxs Elnur Mövlamovu əvvəldən tanımadığını deyib və xüsusi əməliyyat tədbirləri nəticəsində onun Nərimanov rayonu ərazisində yaşadığı evdə saxlanıldığını bildirib.

Şahid deyib ki, təqsirləndirilən şəxs saxlanılan zaman oğurladığı pulu İsmayıllı rayonunun Basqal kəndində saxladığını deyib, qızıl-zinət əşyalarını isə polisə təqdim edib.

Basqalda axtarış zamanı evdən 2 min 600 dollar və 5 min manat pul aşkar edilib.

Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində saxlanıldığı halda nəyə görə əməliyyatın Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyini polis əməkdaşına irad kimi bildirib.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Elnur Mövlamov Xalq artisti Alim Qasımovun kürəkəni, Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır.

Məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.

Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.


Oxunub: 350

Son xəbərlər

VÖEN açıb, ancaq işlətməyənləri nə gözləyir? - Dövlət Vergi Xidmətindən açıqlama

İran Azərbaycanı niyə “hədələyir”? — ÜÇ SƏBƏB

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... (VİDEO)

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Bütün xəbərlər