Ermənilərə 44 günlük müharibənin peyk görüntülərini kim ötürüb? - GƏLİŞMƏ

DogruXeber.az: - Sentyabrın 3-də Ermənistan mətbuatında yayılan xəbərlərdə, adı məlum olmayan 3-cü bir ölkə tərəfindən 44 günlük savaşın kosmik çəkilişləri erməni müxalifətinə ötürülüb. Sözügedən görüntülərdə Azərbaycanın hücum taktikaları və erməni qüvvələrinin məğlubiyyətinin öz əksini tapdığı bildirilir.

Lakin əsas maraq doğuran məqam revanşist erməni müxalifətinin əlini Nikol Paşinyanın qarşısında gücləndirəcək planın kimin başının altından çıxmasıdır.

Qeyd olunan məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Bizim.Media-ya verdiyi müsahibəsində görüntülərin erməni müxalifətinə əsasən Rusiya tərəfindən ötürülməsi variantının üzərində dayanıb:

“Ola bilsin ki, Paşinyanın əlində sözügedən görüntülər əvvəlcədən var idi. Lakin Nikolun görüntüləri rəqib tərəfə ötürməsi, təbii ki, mümkün deyil. Belə olan halda isə Rusiya variantı irəli çıxır. Çünki həmin görüntülərin Moskvanın əlində olması birmənalıdır. Bundan əlavə, Fransa, ABŞ, İranın da bu cür kosmik imkanları mövcuddur. Lakin Fransa və Birləşmiş Ştatların Paşinyanla münasibətləri heç də pis deyil və onlar Nikolun mövqeyinə zərbə vurmaq istəməzlər. Ümumilikdə isə Rusiyanın erməni müxalifəti ilə yaxınlığını nəzərə alsaq, Kremlin bu addımı atması daha real görünür”.

Millət vəkili Rusiyanın hansı məqsədlə görüntüləri Ermənistan müxalifətinə ötürə biləcəyini də izah edib:

“44 günlük Vətən Müharibəsi dönəmində də Moskva günahı erməni diasporasının üzərinə ataraq, Ermənistan tərəfini silahlandırırdı. Ola bilsin ki, Rusiyanın yenə də hər hansı maraqları və planı var, və bunu həyata keçirməyə çalışır. Bundan irəli gələrək Rusiya Paşinyana, hətta ola bilsin ki, Azərbaycana təzyiq göstəmək, eyni zamanda hər hansı başqa məqsədinə nail olmaq üçün görüntüləri erməni müxalifətinə ötürə bilər. Bundan əlavə Rusiya Ermənistanın faktiki olaraq sahibidir və İrəvan Moskvanın sözü ilə hərəkət edir. Kreml də əlindəki imkanlardan istifadə edərək bu cür variantlarla vaxtaşırı olaraq erməni siyasətçilərinə təzyiq göstərib. Yəqin ki, Rusiya hər hansı maraqları səbəbindən kosmik çəkilişləri erməni müxalifətinə ötürüb”.

Razi Nurullayev kosmik görüntüləri ötürən tərəf kimi İranı da istisna etməyib:

“Təbii ki, İran da bu addımı atmış ola bilər. Lakin indiki vəziyyətdə bunu demək çətindir. Çünki həmin görüntülərdə hansı faktların və hərbi sirlərin əks olunduğu hələlik məlum deyil. Eyni zamanda Tehranın erməni müxalifətindən hansı yöndə istifadə etmək istəməsi də qeyri-müəyyəndir. Yalnız qeyd olunan faktlar məlum olduqdan sonra məsələ ilə bağlı dolğun fikir söyləmək mümkündür”.


Oxunub: 330

Son xəbərlər

BMT Qəzzanı dünyada uşaqlar üçün ən təhlükəli yer adlandırıb

"Rusiya və Ukrayna gizli danışıqlar aparır" - Herş

Yer kürəsində güclü maqnit qasırğası baş verib

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

“Brent” nefti ucuzlaşdı

İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? - Həkimdən AÇIQLAMA

Ukrayna ordusu hücumdan müdafiəyə keçdi

Bütün xəbərlər