Azərbaycanda hibrid təhsil sisteminə keçid mümkündürmü? - AKTUAL

DogruXebər.az : - Yeni tədris ilindən etibarən Türkiyənin ali təhsil ocaqlarında dərslər hibrid formada keçiriləcək. İxtisas fənləri əyani, digərləri isə onlayn qaydada tədris ediləcək. Orta ümumtəhsil məktəblərində isə ənənəvi təhsil bərpa olunacaq.

Azərbaycanda isə hələ də məktəb və universitetlərlə bağlı qərar qəbul edilməyib. Təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı müxtəlif mülahizələr dolaşır. Hər kəs hökumətin qərarını gözləyir.

Maraqlıdır, Azərbaycan da analoji təcrübədən yararlana bilərmi? Türkiyədə olduğu kimi, Azərbaycanda da hibrid təhsil sisteminə keçid mümkündürmü?

Modern.az xəbər verir ki, təhsil eksperti Ramal Şəmşədli qardaş ölkədə verilən qərarın yeganə çıxış yolu olmadığına diqqət çəkib:

“Onlayn dərslərin effekti çox aşağı olur. Şagird və tələbələr çox vaxt mövzuları qavraya bilmir, əzbərçiliyə üstünlük verirlər. Biz bu sistemə hazır deyildik. Bu gün də hazır deyilik.

Azərbaycanda elə fənlər var ki, əyani, digərləri də distant formada tədris olunmalıdır. Belə olarsa, rayondan gələn tələbələr nə edəcək? Tələbə rayondan gəlib, kirayə ev tutub qalmalıdırlar. Valideyni də əziyyət çəkir ki, uşağı təhsil alsın, oxuduğu ixtisas üzrə savadlı kadr olsun. Məzun olandan sonra da iş-güc sahibi oslun, özünə karyera qura bilsin. Sizcə belə dərs keçirilisə, təhsil tam sayılacaqmı? Bu mümkündürmü? Bu Türkiyədə normal ola bilər. Amma bizdə elə deyil”.

Ekspertin sözlərinə görə, biz özümüzü Türkiyə ilə müqayisə etməməliyik:

Türkiyədə universitetlərin, tələbələrin sayı Azərbaycandan daha çoxdur. Buradan qat-qat üstündür. Orada yoluxmanın qarşısını almaq üçün əsas dərslər əyani, bəziləri isə onlayn ola bilər. Biz özümüzü Türkiyə ilə müqayisə etməməliyik.

Bizdə həm universitet, həm də tələbə sayı azdır. Ona görə də təhsilin mütləq əyani olması şərtdir. Türkiyə qərar çıxarıb ki, tələbələr peyvənd olmalıdır. Eyni qərar bizdə də var. Tələbələrin vaksinasiyadan keçib-keçmədiyi yoxlanıldıqdan sonra onlar dərslərə buraxılmalıdır”.

R.Şəmşədli dərslərin distant formada keçilməsinin böyük problem yaratdığını söyləyib:

“Heç bir qərarın verilməməsi onu göstərir ki, bizdə dərslər əyani formatda olmayacaq. Olsa belə Türkiyədəki metod kimi olacaq. Bu da bizim üçün yenə də böyük problemdir.

Artıq sentyabrın 15-ə az vaxt qalıb. Biz bu sahədə çox geri qaldıq. Vaxtında qərar verilməli, valideynlər və tələbələr işlərini bilməli idi. Hazırda nəinki valideyn və şagirdlər, heç universitetlərdə müəllimlər heç nə edəcəklərini bilmirlər. Müəlimlər belə hazır deyil. Bu sahədə biabırçı vəziyyətə düşmüşük. Bütün ölkələr artıq qərarlarını veriblər. Biz hələ də gözləyirik.

Gec qaldıqlarına görə, hər halda bildikləri var. Belə başa düşürəm ki, dərslər əyani olmayacaq. Lakin biz əyani təhsilin tərəfdarıyıq. Sosial məsafə qorunmalı, auditoriyada oturma qaydaları pozulmadan hər kəs maska ilə dərsdə iştirak etməlidir. Gigiyenik qaydalara düzgün əməl edilməlidir. Dərslər mütləq əyani formada keçirilməlidir”.


Oxunub: 359

Son xəbərlər

"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında

Ermənistan bununla bağlı NATO ilə razılığa gəldi

Minlərlə milyonerin köçdüyü şəhər: Səhranın ortasındakı cənnət varlıları necə cəlb edib?

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

ABŞ-ın məşhur aviaşirkəti Tel-Əvivə uçuşlarını dayandırdı — SƏBƏB

Yaponiyada atom elektrik stansiyasında yanğın oldu

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü

“Ermənilərlə azərbaycanlılar birlikdə yaşayacaq, bu dəfə vəziyyət başqa cürdür...”

Tbilisidə etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb — VİDEO

Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW

Taleh Kazımovdan "Naxçıvan Bank"la bağlı açıqlama: Bağlanır?

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Sabah 28° isti olacaq

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Bütün xəbərlər