Mingəçevirdə narkotacirlər ələ keçdi - Aralarında qadınlar da var...

DogruXebər.az : - Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan İlkin İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə olan sərnişinlərin üzərilərində psixotrop maddə daşımalarına dair polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı nəqliyyat vasitəsi şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və onlar şübhəli şəxs qismində şöbəyə gətiriliblər. Şəxsi axtarış zamanı sərnişinlərdən, Mingəçevir şəhər sakinləri - Viktoriya Butsıkina və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Emin Cəfərovdan kağız, eləcə də sellofan bükümlərdə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı psixotrop maddəni V.Butsıkinanın E.Cəfərovun ona verdiyi 50 manat pulla adı hələlik istintaqa məlum olmayan şəxsdən aldığı, daha sonra əldə etdikləri metamfetamini öz aralarında böldükləri müəyyən edilib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Sevinc Quliyeva şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 ədəd bükümdə metamfetamin aşkarlanaraq götürülüb.
Mingəçevirdə narkotacirlər ələ keçdi - Aralarında qadınlar da var...
Mingəçevirdə narkotacirlər ələ keçdi - Aralarında qadınlar da var...


Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub və faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Oxunub: 141

Son xəbərlər

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... (VİDEO)

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC

İlahi sirlər - "Qurani-Kərimdə" keçən rəqəmlərin sirləri // VİDEO

Bütün xəbərlər