Minsk qrupunu “diriltmək” cəhdi - GƏLİŞMƏ

DogruXeber.az: - ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş rusiyalı həmsədri İqor Xovayev İrəvana səfər edib.

Bundan əvvəl Bakıda olan Xovayev indi danışıqlar aparmaq üçün Ermənistana gedib. Əslində, diplomatın bu səfəri daha çox tanışlıq məqsədi daşıyır. Ancaq Ermənistan tərəfi fürsətdən istifadə edərək Minsk Qrupunun vasitəçilik missiyasının bərpasının vacibliyini gündəmə gətirməyə çalışıb.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Xovayevlə görüşdə tərəflər “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məsələləri müzakirə edərək ATƏT-in Minsk qrupunun himayəsi altında sülh prosesinin bərpasının vacibliyini vurğulayıb”.

Qeyd edək ki, son vaxtlar Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının bərpa olunması ilə bağlı fəallığını artırıb. Ermənistan bununla münaqişənin bitmədiyinə dair rəy yaratmaq və Qarabağdakı ermənilərə siyasi statusun verilməsi məsələsini gündəmə gətirməyə çalışır.

Bu, İkinci Qarabağ müharibəsindən sonra bölgədə geosiyasi mövqelərini itirməyə çalışan ABŞ-ın və Fransanın maraqlarına cavab verir. Qərbin, xüsusilə də ABŞ-ın regionda aktivləşməsi Rusiya üçün arzuolunmaz olsa da status-kvonun bərpa edilməsi Azərbaycana və Türkiyəyə təzyiq baxımından Kreml üçün əlverişlidir.

Həm Ararat Mirzoyanın avqustun 30-da Rusiyaya səfəri zamanı, həm də ABŞ-ın Dövlət katibi Entoni Blinkenin sentyabrın ermənistanlı həmkarına göndərdiyi məktubda “münaqişənin Minsk qrupunun vasitəçiliyi ilə həlli”nin vacibliyini bəyan etməsi bunu bir təsdiq edir.
Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupuna yeni həmsədrin təyin olunması, rəsmi İərvanın Qarabağdakı ermənilərə siyasi status verilməsi ilə bağlı məsələni gündəmə gətirmək cəhdləri heç bir siyasi əhəmiyyət daşımır.

“Minsk qrupu bundan əvvəl nə edib ki, bundan sonra da nə etsin? Həmsədrlərin Bakıya, İrəvana səfərlərinin hər hansı nəticəyə gətirib çıxaracağını düşünmürəm. Əgər onlar bu bölgədə sabitliyin təmin olunmasında maraqlıdırsa, Ermənistana təzyiq göstərsinlər. rmənistanı sülh sazişinə imza atsın, sərhədlərin demarkasiyasını ləngitməsin, Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmasın. Halbuki Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il 10 noyabr tarixli Bəyannamədə Ermənistan üzərinə öhdəlik götürüb. Ararat Mirzoyanın statusla bağlı söylədiyi ifadələr gəlincə, bunlar boş və mənasız sözlərdir. Azərbaycan Prezidenti bununla bağlı çox açıq və dəqiq ifadə işlədib. Status haradadır və hara getdi? Bunu dövlət başçımız aydın şəkildə bəyan edib. Düşünürəm ki, onlar bunu eşidiblər və düzgün nəticə çıxarıblar”.

Fikrət Sadıqovun sözlərinə görə, Rusiya tərəfindən yeni həmsədrin təyin olunması görüntü xarakteri daşıyır:
“Minsk qrupunun istər köhnə, istərsə də təzə həmsədrlərin heç bir fəaliyyəti olmayıb və ola da bilməz. Çünki biz onu müşahidə etdik və əyani gördük. İndi bunlar nə istəyirlər? Əgər statusun verilməsini istəyirlərsə, bununla bağlı Azərbaycanın mövqeyi aşkardır. Sülh sazişinin imzalanmasını təklif edirlərsə, Azərbaycan buna hazırdır. Amma Ermənistan bizə şərtlər irəli sürməsin. Lakin Ermənistan guya hərbi əsirlər, status şərtlərini qarşıya qoyur. Bu da Azərbaycan tərəfindən qəbul olunmazdır.Ona görə də Azərbaycan bu şərtlərlə heç vaxt razılaşmayacaq”.


Oxunub: 177

Son xəbərlər

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin NƏZƏRİNƏ

VÖEN açıb, ancaq işlətməyənləri nə gözləyir? - Dövlət Vergi Xidmətindən açıqlama

İran Azərbaycanı niyə “hədələyir”? — ÜÇ SƏBƏB

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... (VİDEO)

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Bütün xəbərlər