Sosial yardımın azlığından giley edirdi, onu da kəsdilər... - MÜRACİƏT

DogruXeber.az: - Bakı şəhəri, Səbail rayonu sakini Təhminə Nəbiyevanın ailəsi 3 azyaşlı körpə olmaqla 4 nəfərdən ibarət aztəminatlı ailədir. "Hürriyyət"ə müraciət edən şikayətçi bildirir ki, azyaşlı oğlu ilə yanaşı, özü də asma xəstəsidir. Elə bu səbəbdən işləyə bilmir. Buna görə də, Təhminə Nəbiyeva ünvanlı sosial yardım almaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ancaq ona imtina cavabı verilib. Bununla bağlı DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, Təhminə Nəbiyevaya heç bir köməklik göstərilməyib. Redaksiyamıza müraciət edən şikayətçi Prezident İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan köməklik olunmağını istəyir:

"Bakının Səbail rayonunda köhnə tikilidə kirayədə yaşayıram. Bu ilin yanvar ayından sosial yardımı kəsiblər. Himayəmdə üç azyaşlı övladım var. İki ildir ki, 221 manat sosial yardım alırdım. Əslində, çox almalıydım. Niyə az verildiyininin səbəbini də bilmədim. Bu il isə səbəbsiz yerə sosial yardımı kəsdilər. Artıq, aylardır ki, müxtəlif bəhanələr gətirib, sosial yardım vermirlər. İki qızım və bir oğlum var. Eyni zamanda, oğlum xəstədir. Ağciyərində problem var. Altı aydan bir ildə iki dəfə olmaqla müalicə almalıdır. İmkanım olmadığına görə, müalicə edə bilmirəm. Özüm də asma xəstəsiyəm. Artıq, bir müddətdir ki, səhhətimlə bağlı işləyə bilmirəm. Dəfələrlə Azərbaycan Respublikası Sosial Müdafiəsi nazirliyinə ərizələrlə müraciət etmişəm. Lakin, müxtəlif bəhanələrlə müraciətimə baxılmır. Onu da qeyd edim ki, adıma heç bir mülkiyyət də yoxdur. Himayəmdə üç azyaşlı övladı olan ana kimi ölkə başçısı cənab İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, müraciətimə baxsınlar. Artıq müraciət edə biləcəyimiz yer qalmayıb".

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə əlaqə saxladıq. Agentliyindən "Hürriyyət"ə bildirilib ki, vətəndaş Nəbiyeva Təhminə Sayad qızının maddi-məişət şəraitinin müayinəsi məqsədi ilə fərqli aylarda 4 dəfə yoxlama həyata keçirilib. Qeyd edilib ki, vətəndaş qeyd edilən uyğunsuzluqları aradan qaldırılacağı təqdirdə, yenidən müraciət edə bilər:

"Vətəndaş Nəbiyeva Təhminə Sayad qızının ailəsinə ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsindən səbəbsiz imtina ilə bağlı şikayəti 1 saylı Bakı DOST Mərkəzi tərəfindən araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, vətəndaş Nəbiyeva Təhminə Sayad qızının maddi-məişət şəraitinin müayinəsi məqsədi ilə fərqli aylarda 4 dəfə yoxlama həyata keçirilib. İlk müraciət zamanı ünvanın düzgün qeyd edilməməsi, gəlirlər barədə məlumatın düzgün göstərilməməsi, ümumi istifadəli sayğacın olması kimi faktlar aşkar edilib.

Digər üç müayinə zamanı da ümumi istifadəli sayğacından istifadə və gəlirlər barədə yalnış məlumat göstərilməsi kimi faktlar yenidən aşkar edilib.

Bu səbəbdən də, vətəndaşın müraciətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 37 nömrəli qərarının “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1 maddəsində nəzərdə tutulan hallar aşkar edilməsi səbəbindən təyinata uyğun hesab edilməyiib və bu barədə vətəndaşa bir neçə dəfə məlumat verilib.

Qeyd olunanlarla yanaşı, 3 seyntyabr 2021-ci il tarixində 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları vətəndaş ilə əlaqə saxlayaraq ona ÜDSY-nin təyin edilmə qaydaları barədə məlumatlar verib. Uyğunsuzluqların aradan qaldırılacağı təqdirdə, yenidən müraciət edə biləcəyi qeyd edilib".


Oxunub: 153

Son xəbərlər

İran Azərbaycanı niyə “hədələyir”? — ÜÇ SƏBƏB

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... (VİDEO)

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC

Bütün xəbərlər