Ermənistan rəhbərlərinin Azərbaycan dili “sevgisi” – İrəvanda yeni dili mərkəzləri nə üçün yaradılıb?

DogruXebər.az : - Sirr deyil ki, Sarksiyan, Koçaryan, Ohanyan və yüzlərlə erməni rəhbərləri Azərbaycan dilini bilirlər. Ermənistan əhalisinin 40-50 faizə qədəri də bizim dilimizdə danışmağı bacarır. Hətta bu ölkədə erməni dilindən sonra Azərbaycan dili ikinci dildir desək, yanılmarıq. Bir “F” səsindən başqa hər şeyi də düzgün tələffüz edirlər.

Son günlərdə Ermənistan mətbuatında yayılan xəbərlərdə İrəvanda Azərbaycan dili tədris edən mərkəzin yaradıldığı da öz əksini tapıb.

Belə ki, sözügedən mərkəzdə danışıq dərslərinə xüsusi yer veriləcəəyi qeyd olunub. Onlar açıq şəkildə Azərbaycanla mübarizə üçün bu addımın atıldığını elan ediblər.

İrəvanın Azərbaycan dili mərkəzi yaratmaqdakı məqsədləri ilə bağlı Bizim.Media-ya danışan ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, Ermənistanda Azərbaycan dilinin, xüsusən də Türk dilinin öyrənilməsi, xüsusi tədqiqatların aparılması işi dövlət siyasətidir və ona yeni başlanılmayıb:

“İrəvan Dövlət Universitetində, Ermənistan Elmlər Akademiyasında müvafiq fakültə və şöbələr var. Görünür bunlar kifayət etmədiyindən yeni mərkəzlərin açılmasına qərar veriblər”.

Ermənişünas alim sözügedən mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycan və Türkiyəyə qarşı ideoloji mübarizə olduğunu bildirib:

“Onlar bu müharibədən də dərs çıxarmayıb, Azərbaycana və Türkiyəyə qarşı mübarizə ideologiyasından vaz keçmirlər. Mərkəzdə dilimizi öyrənən ermənilərin ən başlıcası erməni agentura şəbəkələrində yer alacaqlar və casusluq fəaliyyəti ilə məşğul olacaqları şəksizdir. Özü də bunu açıq şəkildə bildirmələri göstərir ki, erməni cəmiyyətini buna hazırlamaq hədəflənir”.

Qafar Çaxmaqlı Azərbaycanın qeyd olunan istiqamətdə müvafiq tədbirlər görməsinin vacibliyinə də toxunub:

“Buna adekvat addım kimi biz neyləməliyik?

Öncə bu mərkəzin fəaliyyəti izlənməlidir, həmişə dediyim bir fikri yenə təkrar etmək istəyirəm. Ermənistanı və orada gedən prosesləri öyrənməliyik ki, mübarizəmiz effektli olsun.

Həm erməni dilini, həm də Ermənistanı və onun diasporunu öyrənən qurumlarımız olmalıdır. Əks təqdirdə edilən təşəbbüslər yetərli olmur”.

Sonda Qafar Çaxmaqlı ermənilərlə bağlı görüləcək işlərimizin hələ çox olacağını da sözlərinə əlavə edib.


Oxunub: 194

Son xəbərlər

VÖEN açıb, ancaq işlətməyənləri nə gözləyir? - Dövlət Vergi Xidmətindən açıqlama

İran Azərbaycanı niyə “hədələyir”? — ÜÇ SƏBƏB

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... (VİDEO)

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Bütün xəbərlər