Qalmaqallı məmur Cəlilabada başçı getmək istəyir... - İDDİA

DogruXeber.az: - Xəbər verildiyi kimi, hazırda Azərbaycanda 7 rayonun əhalisi icra başçısı təyinatı gözləyir.

Mia.az xəbər verir ki, hazırda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Bakı şəhərinin Nizami rayonu, Cəlilabad, Göygöl, Kürdəmir, Şəmkir, Lerik rayonlarına icra başçısı təyin edilməyib. Və bu məsələ son həftələr medianın və sosial şəbəkənin ciddi müzakirə etdiyi mövzulardan biri olaraq qalır.

Əksər rəylərə görə, rayonların başsız qalması ya gözlənilən struktur islahatları ilə, ya da daha düzgün kadr seçimi ilə əlaqəlidir.

Bu arada sosial şəbəkədələrdə bir neçə nəfərin adları icra başçısı vəzifəsinə iddialı kimi hallanmağa başlayıb.

Qalmaqallı məmur Cəlilabada başçı getmək istəyir... - İDDİA

Belələrindən biri də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Cəlilovdur. İddialara görə, keçmiş Əmlak Komitəsi sədrinin müavini vəzifəsində də uzun illər işləmiş və burada adı daha çox qalmaqallarda hallanmış Rafiq Cəlilov Cəlilabada icra başçısı göndəriləcək. Lakin bəzi müşahidəçilər bu gözləntinin inandırıcı olmadığını israr edir.

Əsas səbəb kimi isə Rafiq Cəlilovun komitədə işlədiyi zaman adını neqativ məsələlərdə hallanması, hətta iş adamlarını döydürməsi, onların əmlaklarının əllərindən alınması və s. məsələlərdə adının hallanması göstərilir.

Digər bir amil isə siyasi məqamdır. Belə ki, Rafiq Cəlilov ləğv edilən Rabitə Nazirliyində uzun ilər nazir müavini postunu tutmuş İltimas Məmmədovla qudadır. Bu, o İltimas Məmmədovdur ki, işlədiyi keçmiş nazirlikdə həyata keçirilən əməliyyatla üzə çıxan sensasiyalı faktlarda adı ön sırada çəkilib. Hətta Bakı Telefon Rabitəsi Birliyinin sabiq rəisi ilə naziriliyin aparat rəhbəri Vidadi Zeynalov məhkəmədə birbaşa onun adını çəkərək, həm aylıq "paket", həm də digər ciddi yeyintilərindən söz açıblar.

Həm bu, həm də Rafiq Cəlilovun vaxtiiə komitə sədrinin müavini olarkən yol verdiyi nöqsanlar barədə dövrü mətbuatda çoxsaylı yazılar var. Bu və ya digər məqamlarla yanaşı, son illər təyantlara çox ciddi önəm verən ölkə rəhbərliyinin Rafiq Cəlilovun icra başçısı təyinatına razılıq verəcəyi mümkünsüz görünür.

Hər halda günün mövzusu ilə bağlı ekspert rəyləri də qalmaqallı şəxslərin vəzifələrə irəli çəkiləcəyini fikirini istisna edir.


Oxunub: 290

Son xəbərlər

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC

İlahi sirlər - "Qurani-Kərimdə" keçən rəqəmlərin sirləri // VİDEO

"Ermənistan xəritədən silinəcək" - Əhməd Oruc

Bütün xəbərlər