Üçtərəfli razılaşmanın 300 günü: Moskva ləngiyir, İrəvan ləngərləyir, Bakı isə... - GƏLİŞMƏ

DogruXeber.az: - Sentyabrın 6-da Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan 10 noyabr üçtərəfli bəyanatının imzalanmasının 300 günü tamam olub. Azərbaycan XİN keçən müddətdə Azərbaycanın gördüyü işlərlə bağlı bəyanat verib. Bəyanatda Füzuli rayonu ərazisində ilk beynəlxalq hava limanına test uçuşlarına başlandığı, Zəngilan və Laçın rayonları ərazisində isə daha 2 beynəlxalq hava limanı inşası vurğulanır.

Eləcə də, Ağdam və Şuşanın baş planlarının qəbul edilməsi, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin uğurla davam etdiyi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün bölgədə dəmir yolu infrastrukturu, yolların qurulması üçün strateji yol xəritələrinin hazırlandığı, 15 510 hektarlıq ərazinin mina və partlamamış sursatdan təmizləndiyi vurğulanır. Əlbəttə ki, bu görülən işlərin yalnız bir hissəsidir. Aydındır ki, üçtərəfli bəyanatla bağlı üzərinə düşən öhdəliyi prinsipial olaraq Azərbaycan yerinə yetirməkdədir. Rusiyanın qarant dövlət kimi üzərinə düşdüyü öhdəlikləri yerinə yetirdiyi haqda birmənalı rəy söyləmək mümkün deyil. Çünki 300 gündə həm sülhməramlılar, həm Qarabağa qayıtmış ermənilərlə bağlı Bakını narahat edən suallar qalmaqdadır. Sənəddə əsas olaraq göstərilir ki, Ermənistan silahlılarının Qarabağdan çıxarılması icra edilməmiş qalıb. Eləcə də kommunikasiyaların bərpası və sərhədlə bağlı Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir, Moskva isə buna görə İrəvana təzyiq etmir. Üçtərəfli işçi qruplar səviyyəsində də danışıqlar və əldə edilən razılaşmalar heç bir halda Bakını razı sala bilməz. Bir sözlə, 300 gün ərzində Moskva sənədin icrasında ləngiyir, Ermənistan isə ləngərləyir. Görünən budur ki, yalnız Bakı öhdəlikləri yerinə yetirir.

Bu gedişat nə deməkdir? İmzalanan razılaşmaların heç də hamısının icra edilmədiyi ortadadır. Burada əsas məsuliyyət kimin üzərinə düşür?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan müharibə başa çatdıqdan sonra keçən 300 gün ərzində qələbəsini möhkəmlətmək istiqamətində addımlar atıb. Bu addımlar çoxşaxəlidir: “Azərbaycan diplomatik cəbhədə mübarizəsini davam etdirib. Ermənistanla sərhədlərin müəyyənləməsi, sərhədlərdə sərhəd qoşunlarımızın, hərbi qüvvələrimizin yerləşməsi işi sürətlə aparılıb. Azərbaycan bu müddətdə Ermənistanla olan sərhədinin çox böyük hissəsində nəzarəti ələ alıb, sərhəddə güclənməkdədir. Azərbaycan 10 noyabr bəyanatında öz üzərinə götürdüyü öhdəliklərə bu müddətdə yüz faiz əməl edib. Ermənistan isə öhdəliklərə əməl etmir. Əksinə, Azərbaycanla sərhədlərdə tez-tez Azərbaycan hərbçilərinə atəş açır. Şuşa ətrafında yerləşən erməni silahlıları təxribatlar həyata keçirir. Rusiya sülhməramlıları isə bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmirlər. Bu isə erməniləri bir qədər də arxayınlaşdırır və təxribatlarını stimullaşdırır. Bu gedişat və öhdəliklərin yerinə yetirilməməsi yeni müharibəni alovlandıra bilər. Bunun da məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Eyni zamanda bunun məsuliyyəti həm də Rusiyanın üzərinə düşür”.

Politoloq qeyd etdi ki, Azərbaycan müharibədən keçən 300 gün ərzində inkişaf yolunda addımlayıb. Bu az müddət ərzində Azərbaycan azad etdiyi ərazilərdə çox böyük tikinti-quruculuq işlərinə başladı və artıq çox ciddi nəticələr əldə edilib: “İşğaldan azad olunmuş ərazilərdə böyük tikinti quruculuq işləri davam etdirilir. Həm də bu işlər, eləcə də bölgənin infrastruktur layihələrinin həyata keçirilməsi elə sürətlə aparılır ki, bunların bir qismi rekord hesab oluna bilər. Məsələn, Füzuli Beynəlxalq Hava Limanı çox qısa müddətdə-cəmi 7 ay müddətində tikilib istifadəyə verildi. Özü də bu müasir hava limanı həm mülki, həm də hərbi təyyarələrin qəbulu üçün nəzərdə tutulur. Bu, son 30-40 il ərzində belə az müddətə tikintisi başa çatdılımış yeganə hava limanı hesab olunur. Laçın və Zəngilanda da hava limanlarının tikintisi başlayıb.

Ümumiyyətlə, ölkə siyasi rəhbərliyi bölgədə infrastruktur layihələrin gerçəkləşdirilməsi, tədricən əhalinin böyük qayıdış planının reallaşdırılması üçün işləri ciddi nəzarət altına alıb. Bölgənin elektrik enerjisi ilə təchizatı istiqamətində çox sürətli işlər aparılır. Eyni zamanda işğaldan azad edilmiş rayonlarımızın müasir şose yolları ilə təmin edilməsi quruculuq işlərinin başında gələn məsələlərdəndir. Tikintisi yaxınlarda başa çatacaq Zəfər yolu Şuşaya açılan yeni müasir yol olacaq.

Kəlbəcər rayonunda kiçik elektrik stansiyaları qurulub və digərləri də qurulmaqdadır.

Şuşa şəhərinin, Ağdam şəhərinin baş planları hazırlanıb. Bu baş planlar əsasında quruculuq işlərinə başlanıb. Murovdağın altından Kəlbəcərə tunellərin çəkilişi başlayıb.

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi işi də bu müddətdə sürətlə həyata keçirilib. Məsələn, Ağdam ərazisinin minalardan təmizlənməsi prosesi demək olar başa çatmaq üzrədir. Kəlbəcər rayonunda bu ilin yazından başlayaraq arıçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyətə başlamasını da çox ciddi hadisə saymaq lazımdır. Mən Kəlbəcərlə bağlılığı olan adam kimi həmişə kəlbəcərlilərin öz torpaqlarına necə can atdıqlarının şahidi olmuşam. Artıq kəlbəcərlilərin 10-15 faizi öz torpaqlarına gedib-gəliblər, bir qismi dövlətin yaratdığı imkanlardan yararlanaraq doğma yurdlarında təsərrüfatla məşğul olmağa başlayıblar, yaylaqlarda yerləşiblər. Bu, işğaldan azad edilmiş bölgələrə qayıdışın bir formasıdır. İnsanlar öz doğma yurdlarına qayıdıb oranı qurmaq, inkişaf etdirmək əzmində olduqlarını nümayiş etdirirlər. Kəlbəcərlilər bu sarıdan bizə uğurlu bir nümunəni təqdim edir. Dünya bu yerlərin əsl sahiblərinin kim olduğunu görür".


Oxunub: 319

Son xəbərlər

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... (VİDEO)

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC

İlahi sirlər - "Qurani-Kərimdə" keçən rəqəmlərin sirləri // VİDEO

Bütün xəbərlər