“Zəngəzur dəhlizi açılmayınca, İrəvanla “isti” münasibətlərin Ankara üçün perspektivi yoxdur” - GƏLİŞMƏ

DogruXebər.az : - “Türkiyə prezidenti açıq şəkildə Ermənistanla əlaqələr mövzusuna toxundu. Bu ifadələrdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan-Türkiyə dəmir yolu və avtomobil yollarının işə qarışması haqqında danışmaq üçün bir fürsət görürük”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8 -də Hökumətin iclasında bildirib.

"Yuxarıda göstərilənlərin fonunda daha geniş kontekst əldə edə biləcək belə bir söhbətə hazırıq. Ümumiyyətlə, bölgəmizin Qərbi Şərqlə, Şimalı Cənubla birləşdirən bir kəsişmə halına çevrilməsindən bəhs edirik. Rusiyanın bu prosesi fəal şəkildə dəstəkləməyə hazır olduğunu bildirməkdən məmnunam. Avropa İttifaqı, Fransa, ABŞ da bu prosesdə maraqlıdır və Çin və Hindistanın kommunikasiya layihələrinin inkişafına olan marağı hamıya məlumdur.

Bölgədəki sülh və sabitlik uzunmüddətli strategiyamızdır, bu problemin həllində özümüzü məsul hesab edirik. Sülh, sabitlik, əməkdaşlıq asanlıqla elan olunur və arzu olunan məqsədlərdir, lakin onların həyata keçirilməsi ağlabatan, düşünülmüş, praqmatik səylər tələb edir və Ermənistan belə səylər göstərməyə hazırdır ”,- Paşinyan bildirib.

Paşinyanın bu açıqlamasında qəribə məqam odur ki, Ermənistanın baş naziri Azərbaycanla münasibətlərdən, sülh sazişindən, Zəngəzur dəhlizindən söz açmır. Ermənistan tərəfi Azərbaycanla bağlı məqamları iqnor etməyə çalışırsa, eyni yanaşma rəsmi Ankara tərəfindən də sərgilənəcəkmi?

Bu mövzuda Bizimyol.info saytına danışan siyasi şərhçi Gülsel Səfərova bildirib ki, Paşinyan bu açıqla ilə çıxış edərkən, yaxın tarixdə baş verənləri nəzərdən qaçırıb.

“Bir neçə il əvvəl də Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi gündəmə gəlmişdi. Türkiyənin Ermənistanla münasibətlərindəki sərt mövqeyinin başlıca iki səbəbi olub: Qarabağ məsələsi və qondarma “soyqırım” ittihamları Ankaranın mövqeyi o oldu ki, Ermənistan tərəfi işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir, “soyqırım” ittihamlarına son qoyaraq, birgə komissiyanın yaradılmasında iştirak etməlidir. Ermənistan o zaman bu tələblərə əməl etmədi. Yalnız 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarından çıxmağa məcbur oldu. Bu gün Ankaranın Ermənistanla münasibətlərə yanaşmasının dəyişdiyini düşünmək məntiqsizdir.”, - deyə G.Səfərova bildirib.

O xatırladıb ki, Ərdoğanın Ermənistanla bağlı son açıqlamalarında “qonşulara qarşı ittihamlara və iddialara son qoyun” çağırışı var idi.

“Ermənistan tərəfi bu ittihamlara və iddialara son qoyubmu? Yaxud, sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizi istiqamətində rəsmi İrəvan tərəfindən bir addım atılıbmı? Paşinyanın son açıqlaması jestdən çox, bir siyasi manevrə bənzəyir. Sanki deməyə çalışır ki, mənim yolum budur, Azərbaycanla bağlı heç bir şərt qəbul etmirəm. Türkiyə isə regiondakı perspektivləri Azərbaycansız görmür. Yəni, Paşinyan növbəti dəfə uğursuz bir gediş etməyə çalışıb.”, - deyə G.Səfərova bildirib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tanınmadan və Zəngəzur dəhlizi olmadan, Türkiyənin Ermənistanla münasibətləri bərpa etməsinin Ankara üçün heç bir perspektivi yoxdur.

“Zəngəzur dəhlizi açılmayınca, İrəvanla “isti” münasibətlərin Ankara üçün perspektivi yoxdur . Sərhədlərin delimitasiya və demarkasiya prosesinin yubanması, Zəngəzur dəhlizi ilə bağlı İrəvanın tərəddüdləri onu deməyə hazırdır ki, Ermənistan hələ də revanşist mövqeyini saxlayır və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Türkiyə rəhbərliyinin isə bu vacib şərtlərin həyata keçirilmədiyi halda, Ermənistanla hər hansı “isti münasibətlərə” gedəcəyini güman etmirəm. Ona görə də, Ermənistan ilk öncə özünün qonşulara yanaşmasına düzəliş etməlidir. Paşinyan bunu yaxşı bilir, sadəcə olaraq, müxalifətin və Qərbdən onu dəstəkləyən qüvvələrin təzyiqlərinə hazır deyil. Digər tərəfdən isə Ermənistanın sadə vətəndaşların sosial həyatını yaxşılaşdırmaq öhdəliyi var.​ Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan, Ermənistan hakimiyyəti hər hansı ciddi sosial-iqtisadi islahatlara nail olmayacaq”.


Oxunub: 441

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər