“İcra hakimiyyəti ləğv olunmalı, Nazirlər Kabineti buraxılmalıdır” - ÇAĞIRIŞ

DogruXeber.az: - Prezident İlham Əliyev ötən gün Cəlilabad və Şəmkir rayonlarına yeni təyin icra başçılarını qəbul edərkən bir çox məsələlərə toxunundu, o cümlədən rüşvət və korrupsiya əməlləri ilə məşğul olan məmurlara ciddi xəbərdarlıq etdi.

Prezident xatırlatdı ki, son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər.

Prezident İlham Əliyev bundan əvvəl də dəfələrlə qanunsuz fəaliyyət göstərən məmurlara sərt şəkildə xəbərdarlıq edib. Amma son proseslər, icra başçıların, nazirlərin, o cümlədən digər yüksək vəzifəli məmurların həbs olunması onu göstərdi ki, Prezidentin xəbərdarlıqlarına bəzi məmurlar məhəl qoymur, yenə də qanunsuz əməllərini davam etdirir.

Bunun məntiqi nəticəsi idi ki, dövlət həmin məmurlarına sərt üzünü göstərdi və rüşvət, korrupsiya, dövlət büdcəsini mənimsəmə və digər cinayət hallarına yol verən məmurlar həbs edildi.

Dövlət başçısı ötən çıxışında bir daha vurğuladı ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz:

"Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar".

Prezident əlavə edib ki, bu insanlar özlərini biabır edirlər: “Bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir".

Göründüyü kimi, Prezident İlham Əliyev məmurlara bir daha açıq şəkildə xəbərdarlıq etdi və qanunsuz əməllərdən yayınmağa çağırdı. Prezidentin bu xəbərdarlıq məmurların fəaliyyətində hansı dəyişikliklərə səbəb olacaq? Məmurlar yenə köhnə adətlərinə sadiq qalacaq, yoxsa fəaliyyətlərində müəyyən korrektələrə gedəcək?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında müharibədən sonra heç bir inzibati, cəza tədbiri, ictimai qınaq olmadan belə, məmurların fərqli yanaşma göstərəcəyini düşündüyü deyib:

“Yeni formatlanma olacaq, cəmiyyətdə hər kəs dürüst işləyəcək. 3 min şəhid vermişik, hərbçilərimiz fədəkarlıq göstərib, məmurlardan isə gözləntimiz dürüst olsunlar, cəmiyyətdə birliyi qoruyub saxlasınlar. İnsanlarla hakimiyyət arasında uçurum yaratmasınlar.Camaat dövlətə “baba” kimi baxsın və qulluğunda rahat şəkildə dayansın. Amma bəzi məmurlar çox təəssüflər olsun ki, öz neqativ davranışlarını davam etdirirlər.

Sizinlə də razılaşıram ki, dəfələrlə Prezidentin xəbərdarlıq etməsinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çox sərt tədbirlər görməsinə baxmayaraq, bəzi məmurlara dərs olmur. Parlamentdə bir təkliflə çıxış etmişdim ki, məmurlar təyin olunanda onların diplomlarından əvvəl vətənpərvərlikləri, millətə bağlılıqları, əvvəlki fəaliyyətləri yoxlanılsın. Digər vacib məqam isə məmurların təyin olunmasından əvvəl əmlakları ilə bağlı bəyannamənin olmasıdır. İşdən uzaqlaşdırılanda da altlarından milyonlar çıxmasın. Əlbəttə, burada ciddi şəkildə ictimai nəzarət də lazımdır”.

Fərəc Quliyev təklif edib ki, kadrların seçilməsində təkcə YAP-dan yox, bütün partiyalardan, bitərəflərdən ən yaxşılarını seçib təyin etmək də mümkündür:

“Hətta xaricdə yaxşı kadrlar varsa, gətirib ölkədə işlətmək uyğun olardı. Amma məsələ o həddə gəlib ki, bunun qarşısını yalnız inzibati qaydada almaq lazım olub. Görünən odur ki, qanunları, cəzaları sərtləşdirmək lazımdır. Hazırda yol budur, amma gələcəkdə fərqli yanaşma ilə bu problemin qarşısını almağın mümkün olduğunu düşünürəm.Məsələn, yerlərdə icra hakimiyyətlərinin səlahiyyətlərini alıb demokratik yolla formalaşan bələdiyyələrə verməklə bu problemi həll etmək mümkün olar.

Çünki xalqdan asılı olan məmurlar seçki mənbələrini nəzərə almağa məcburdur.Hesab edirəm ki, Nazirlər Kabinetinin buraxılması və bir çox nazirliklərin vitse-prezidentlik institunun kurasiyasına vermək mümkündür. Bir çox nazirlik və komitələri isə ləğv etmək lazımdır. Düşünürəm ki, belə halların baş verməməsi üçün cəza tədbirlərinin sərtləşdirmək lazımdır. Bundan sonra məmurların hamısı islah olunacaq”.


Oxunub: 307

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər