Büdcə vəsaitləri necə mənimsənilir?  - TENDER MAXENASİYASI

DogruXeber.az: - Son günlərin gündəm mövzularından biri də "Tender" mövzusudur.
Hansı ki, bu adla bir çox qurumlar dövlət büdcəsindən külli miqdarda pul mənimsəyirlər.

Bu əsasən katirovka sorğusu baş tutmadan bağlanan müqavilələr zamanı mümkün olur.

"DogruXeber.az" İnformasiya agentliyinin redaksiyasına yaxınlarda daxil olan məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da tender elan etmədən, Dövlət Satınalma Portalında katirovka sorğusu baş tutmadan, həmçinin katirovka sorğusunun baş tutmama səbəbləri barəsində əvvəlcədən mediada məlumat vermədən "SİNAM" MMC İlə tender müqaviləsi imzalayıb.

Sözügedən məlumatla əlaqədar yaranmış suallarımızı cavablandırması üçün M.Fizuli adına Əlyazmalar İnstitutunun elektron ünvanına rəsmi sorğu göndərdik.

Lakin, əsaslı suallarımıza verdikləri "dilucu" əsaslandırılmamış cavabları isə o deməkdir ki, sözügedən institut bağlanmış müqavilədəki şübhəli məqamları ört basdır etməyə çalışır.

İnstitutun sorğumuza göndərdiyi cavabı olduğu kimi təqdim edirik:

"Sizin 14 sentyabr 2021-ci il tarixli, 65 saylı sorğunuza cavab olaraq bildiririk ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ERP sisteminə 2021-ci ildə texniki xidmətin göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinə müraciət olunmuş və həmin qurumda məsələyə aidiyyəti üzrə baxılmışdır. Həmin qurumdan institutumuza göndərilən 12 iyul 2021-ci il tarixli, AİBNDX 15/01-5/14993 saylı məktubla «SINAM» MMC-nin bir mənbədən satınalma metodunu tətbiq etməklə xidmət göstərməsinə etiraz edilmədiyi bildirilmişdir. Məktubda göstərilən və qanunla müəyyən edilmiş bütün tələblərə riayət olunmaqla «SINAM» MMC ilə birbaşa müqavilə bağlanmışdır.

Digər suallarınıza cavab olaraq bildiririk ki, «SINAM» MMC-nin texnoloji işlərdə təcrübəsi var, maliyyə sənədləri qaydasındadır. Uyğunluq sertfikatı da mövcuddur.

Hörmətlə, baş mühasib."

Amma, deyəsən sualımızı cavablandıran baş mühasib "qanunla müəyyən edilmiş bütün tələblərə uyğun olaraq" deyərkən prosedur qaydalarına görə əvvəlcədən müqavilə barəsində mediada 'tender" elanı verilməsi, həmçinin müqavilə imzala tələbi, həmçinin baş tutmayan katirovka sorğusunun baş tutmama səbəbləri barəsində media vasitəsilə ictimaiyyətə məlumat verilməsi tələblərini də yerinə yetirməli olduqlarını unudub sanırıq.

Odur ki, biz məlumatı olduğu kimi dərc etdik, araşdırıb, barəsində tədbir görmək isə aidiyyatı qurumların üzərinə düşür.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Dogruxeber.az


Oxunub: 469

Son xəbərlər

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC

İlahi sirlər - "Qurani-Kərimdə" keçən rəqəmlərin sirləri // VİDEO

"Ermənistan xəritədən silinəcək" - Əhməd Oruc

Azərbaycan nefti kəskin ucuzlaşdı

Ermənistandan növbəti TƏXRİBAT - Hərbçilərimiz yaralandı

"Problemlərimin hamısı olduğu kimi qalır, heç nə həll olunmur" - Qarabağ qazisi // VİDEO

Hava kəskin dəyişir — Soyuq hava ayın neçəsinədək davam edəcək?

Bütün xəbərlər