gundem / sosial
6.10.2021, 15:16
"Gedib kanal qapısını döyə bilmərəm"
DogruXeber.az: - Aparıcı Kamran Həsənli yeni mövsümdən MTV kanalı ilə əməkdaşlığa başlayacaq.
Bu haqda məlumatı təsdiqləyən K.Həsənli bildirib ki, burada aparıcı kimi fəaliyyət göstərməyəcək:
"Əslində, işbirliyim prodakşınlardan biri ilədir. Orada layihə hazırlanır. Mən də layihəyə məsləhətçi sima kimi daxil olmuşam. Həmin veriliş MTV-də efirə gedəcək".
K.Həsənli özünün aparıcı kimi televiziyada çalışmasına isə imkan verilmədiyini bildirib:
"Gedib kanal qapısını döyə bilmərəm. Hardansa təklif gəlməlidir ki, mən də çalışım. Amma təklif yoxdur. Məni kanallara yaxın buraxmırlar. Mənə qarşı telekanallar koalisiya qurub". //Axsam.az//