“Sən muğamları nə vaxt öyrəndin ki, toylarda zəngulə vurursan?” - Həmkarlarını qınadı...

DogruXeber.az: - “Bu tədris mövsümündən artıq Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışam. Əslində keçən mövsümdən müəllim kimi fəaliyyətə başlamalı idim, elə oldu ki, pandemiya düşdü, bütün tədris ocaqları - məktəblər, universitetlər bağlandı. Hər zaman arzu edirdim ki, tələbələrim olsun, özümü müəllim kimi sınayım. Bu arzuma da çatdım, şükür Allaha”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.

“Bəzən görürsən ki, yetişdirirsən kimisə efirə çıxıb ümumiyyətlə, müəlliminin adını çəkmir. Söhbət məndən getmir, bizim digər ustad sənətkarlarımızdan gedir. Dünən müsabiqədən çıxırlar, bu gün artıq toylarda oynaq mahnılar oxuyurlar. Sən muğamları nə vaxt öyrəndin ki, üstəlik də toyda zəngulə vurursan? O vaxt böyük sənətkarlar tələbələrinə filmlərdə çəkilməyə, toylarda oxumağa icazə vermirdilər. İndi dövr dəyişib. Toyxananı efirə, səhnəyə daşıyıblar. Dədə segahı, nənə segahı, qardaş segahı, bunlar efirlik deyil. Bunlar hamısı toy repertuarıdır. Efirlərimiz, zövqümüz də korlanır. Bir tələbəm var, deyir ki, müəllimə, istəyirəm pul qazanım, müsabiqəyə çıxım, müsabiqədən sonra da maşınım, evim olsun. Bu cür olur ki, gənclərin muğama, sənətə yox, pula hərisliyi baş alıb gedir də. Belə olan halda isə olan tamaşaçıya olur”, - deyə sənətçi bildirib.


Oxunub: 427

Son xəbərlər

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? - İDDİA

Qüdsi Osmanov Rumıniyaya səfir təyin olunub

Aydın Talıbova məxsus Araz marketdə növbəti rəzillik: Mənim uşaqlarıma nəysə olarsa kim cavab verəcək? - VİDEO

“Nə bilərdim ki, başımın altında əfi ilan saxlamışam” - Generalın məhkəməsində söz savaşı

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Əmək hüququ pozulan vətəndaş hansı addımı atmalıdır? - Vəkildən çağırış

Avropada cinsi yolla ötürülən infeksiyaların artması

Tədqiqat bel ağrısını onurğa 'amortizatorlarında' bir hüceyrə alt növü ilə əlaqələndirir

Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olunub

"24 saat ərzində Qəzzada 310 fələstinli öldürülüb" - BMT

Antarktika pinqvinlərində həddindən artıq yuxu davranışı tapıldı

Bərdədə Atamoğlan əməlli-başlı ATAMANLIQ EDİR... - NARAZILIQ VAR...

Azərbaycanın gömrük postlarında 1 800-dən çox yük maşını gözləyir

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi (VİDEO/YENİLƏNİB)

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

Yol polisi sürücülərə müraciət etdi

Bazar günü hava necə olacaq?

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

Azərbaycan Rumıniyaya yeni səfir təyin etdi - SƏRƏNCAM

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Neftimiz bahalaşıb

"Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var" - Prezident Qarabağ ermənilərindən danışdı

İsrailin Qəzza ilə müharibəsi uzun müddət davam edəcək

Yeni ildə 7 gün İŞ OLMAYACAQ

İlham Əliyev iqtisadi islahatlardan DANIŞDI

Dövlət başçısı Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi (FOTO)

Sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi

Qvatemala prokurorları prezident seçkilərinin legitimliyini tanımaqdan imtina edib

Bütün xəbərlər