Bakı İranın krim-tranzitini məhv etdi - FAKT BUDUR!

DogruXeber.az: - İranın xarici işlər nazirinin Moskvaya səfəri çoxşaxəli idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-Azərbaycan münasibətlərinin pisləşməsindən narahatlığını ifadə etsə də, əsas müzakirə rəsmi Moskva ilə Tehran arasında iqtisadi əməkdaşlıq oldu. Azərbaycana aid mövzu isə 2016-cı ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin görüşü zamanı start verilən "Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində nəzərdən keçirildi.

Bu sözləri Axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

"Nəqliyyat kommunikasiyalarının açılması və inkişafı mövzusu Cənubi Qafqazda kifayət qədər çətin başa gəlir. Bu nəqliyyat-kommunikasiya prosesinin açılması, ilk növbədə, İran və Ermənistanın kriminal iqtisadi maraqlarına ziyan vurur. Aydındır ki, İran və Ermənistana kriminal, yəni qara pulların gəlişini tormozlayan Bakı hədəfə çevriləcəkdi.

Rəsmi Bakı öz ərazisini işğaldan azad edərək, illərdir öz axarı ilə gedən kriminal tranziti məhv etdi. Azərbaycan regionda "ağ iqtisadiyyat”ın institut və infrastrukturunu formalaşdırmağa başladı.

Gördüyünüz kimi, burada dini amil rol oynamır. Əsas iqtisadi sahədir, onun təməli isə nəqliyyat kommunikasiyalarından asılıdır. Onların açıqlanması maliyyə axınlarının dəyişməsinə gətirib çıxardı. Məhz Ermənistan və İran bu axınların indi Azərbaycan və Türkiyəyə istiqamətlənəcəyindən ciddi şəkildə ehtiyatlanır.
Rəsmi Moskva İranın xarici işlər naziri ilə görüşündə bu məsələni həll etməyə çalışırdı. Bəs İran tərəfi nəyi həll etmək istəyirdi? Güman edirəm ki, rəsmi Tehran da taliblərin hakimiyyətə gəlməsi, Azərbaycan və Türkiyənin regiondakı mövqelərinin möhkəmlənməsi, Çinin dünyada liderlik mövqeyinin güclənməsi və digər amillərlə əlaqədar Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi modelin necə formalaşacağını anlamağa çalışır", - Perenciyev bildirib.


Oxunub: 192

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər