Başçı sarıdan bəxti gətirməyən YASAMAL... - NARAZILIQ!

DogruXeber.az : - Yasamal rayonunda hökm sürən narazılıqlar fonunda İcra başçısının susqunluğunu qoruması təəccüb doğurur. Əslində burada elə də qeyri-adi bir hadisə yoxdur. Çünki əsas vəzifəsi təmsil etdiyi dairənin problemlərini dilə gətirərək danışmaq olan Elşad Həsənovun hələ millət vəkili olduğu zamanlar susqunluğu dillər əzbəri idi. Gənc kadr kimi yüksək etimad göstərilərək Yasamala başçı təyin olunduqdan sonra isə indi o yenə də nə danışmır, nə də işləmir. Hər halda Yasamal sakinləri ilə azca təmasda olmaq kifayətdir ki, rayonda olan ab-hava haqqında təsəvvür formalaşsın.
Sakinlər bildirirlər ki, onların problemi ilə demək olar ki, maraqlanan yoxdur. “Heç kim bizimlə maraqlanmır. Əhali ilə görüşən, dərd-sərini soruşan yoxdur. Qarşıdan qış gəlir. İstilik, su, qaz problemləri baş alıb gedir. Amma rayon rəhbərliyi özünü elə aparır ki, sanki Yasamalda belə şey yoxdur” deyə rayon sakini gileylənir.
“Elşad Həsənov nə deputat , nə də başçı olanda bir dəfə bizim qarşımıza çıxıb soruşmadı ki, nə çətinliyiniz var, nəyə ehtiyac duyursunuz? Rayonda işsizlik əsas problemdir. Gənclər iş tapa bilmir. Sosial problemlər gündən-günə çoxalır. Di gəl ki, rayon rəhbərliyinin vecinə deyil. Axı Prezident onu buraya xalqa xidmət etmək üçün təyin edib. Ancaq E.Həsənovun bizim problemlərimizdən xəbəri yoxdur. Kabinetindən də bayıra çıxmır” deyə narazılıq edən rayon sakini Nişad Əhməd oğlu Mehdiyev kimə müraciət edəcəklərini bilmədiyini söyləyir.
Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılıb. İndi səkilərin, istirahət parklarının böyür-başından kəsərək satışa çıxarırlar. Di gəl ki, rayon ərazisində küçələr, məhəllə arası yollar bərbad vəziyyətdədir. Binalarınn zirzəmiləri çirkab suları ilə dolub, əsl xəstəlik mənbəyidir. İnsanların istirahət etməsi, asudə vaxtını keçirməsi üçün heç bir şərait yoxdur. Bütün bunlar haqqında rayon sakinləri əlaqədar qurumlara müraciət etsələr də, nəticəsiz qalıb. Elşad Həsənov və tabeliyində olanlar xalqın problemlərini görməzdən gəlir, heç bir tədbir görmürlər.
Dövlət başçısının islahatlar paketi çərçivəsində vəzifəyə təyin etdiyi gənc kadrlardan biri olan E.Həsənovun fəaliyyətinə baxdıqda onun bu etimadı doğrultmadığı qənaətinə gəlirsən. Prezident sonuncu təyin etdiyi icra başçılarına verdiyi ciddi mesajlar yəqin ki, Yasamal icra başçısının da yadında olmuş olar. Yadından çıxıbsa xatırlada bilərik :
“Elə işləməlisiniz ki, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır!”


Oxunub: 206

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər