Xəstəxana direktoru BELƏ TUTULDU - VİDEO

DogruXeber.az: - “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlunun rüşvət alarkən saxlanılması görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, bu ilin yanvar ayında Mübariz Zeynalovun barəsində Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.// dia.az


Oxunub: 566

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Qubad İbadoğluya yekun ittiham elan edildi

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi

Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?

Ali Məhkəmədən mənzilə "kupça" alınmasına dair mühüm qərar

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq

Pensiyaların yubanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabah Bakıda 27 dərəcə isti olacaq

"Prius"larda şok ucuzlaşma - Bir ay fərqlə qiymətlər

Keçid balları qaldırılır? - VİDEO

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanda qadınlar 6 ay hərbi xidmət keçəcəklər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

İsrail İrana hücum etməyi planlaşdırır

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Avropa İttifaqı İrana sanksiyalar tətbiq edəcək

Yasamalın icra başçısı əmək yarmarkasında iştirak etdi - FOTO

Bütün xəbərlər