gundem / sou
22.10.2021, 17:04
"Cabbar Musayevin icazəsi olmasa etmərəm"
Əməkdar artist Könül Kərimova duet ortaqlarını tərəf müqabili Cabbar Musayevin seçdiyini açıqlayıb.
"DogruXeber.az" Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, C.Musayev icazə verməsə, həmin şəxslə duet oxumaz:
"Onun rəyi, icazəsi və imzası ilə duet oxumuşam. Heç birini özbaşıma seçməmişəm. Namiq Qaraçuxurlu ilə duetimiz də Cabbar tərəfindən məsləhət olub. Artıq yorulmuşam, heç kimlə duet oxumaq istəmirəm".