İran bölgədəki reallığı qəbul etmir: Tehranın gizli niyyəti - GƏLİŞMƏ

DogruXeber.az: - “Azərbaycanın Ermənistanın cənubunda, öz nəzarətində olan ərazidə İran yük maşınlarından ödəniş alması atəşkəs razılaşmasına ziddir”.

Bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib.

“Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli razılaşmaya əsasən, yeni yolun tikintisi başa çatana qədər tranzit marşrutu əvvəlki statusuna malik olmalı idi. Təəssüf ki, biz Azərbaycan tərəfinin İran yük maşınlarından rüsum aldığını görürük”- o, qeyd edib.

Səfir həmçinin, İran və Ermənistan arasında münasibətlərin inkişaf etdiyini və həmişə müsbət xarakter daşıdığını bildirib.
Görünən odur ki, İran ölkəmizə qarşı çirkin niyyətlərindən əl çəkməməkdə israrlıdır. İran və Azərbaycan arasındakı gərginliyin azalmağa doğru getdiyi bir vaxtda belə açıqlamanın verilməsi yenidən münasibətlərin pozulması istiqmətində atılan addım təsiri bağışlayır.
Həmçinin, sülh sazişinin gündəmə gəldiyi ərəfədə məqsədyönlü şəkildə təxribat xarakterli bəyanatların səsləndirilməsi İran hakimiyyətinin apardığı pis siyasətin təzahürüdür.

Maraqlıdır, İran nə üçün Azərbaycana qarşı pis niyyətlərindən əl çəkmir? Rəsmi Tehran belə açıqlamlar ilə nəyə nail olmağa çalışır?

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın inkişaf etməsi və güclənməsi İranı narahat edir:

“Ümumiyyətlə, İran Azərbaycanın öz torpaqlarını 44 gün ərzində işğaldan azad edə biləcəyini gözləmirdi. Çünki bu, onların geosiyasi planlarına uyğun gəlmirdi. Həmçinin, onlar bilirdilər ki, Qarabağ işğaldan azad olunduqdan sonra Azərbaycanın imkanları genişlənəcək və inkişafı sürətlənəcək. Bu isə onların bölgədəki planlarını pozur.Rəsmi Tehran rəhbərliyi çalışır ki, Ermənistanın Cənubi Qafqazdakı rolunun artsın. Ona görə də İran Ermənistana dəstək verərək, onu inkişaf etdirmək və iqtisadiyyatına töhvə vermək istəyir. Əsas məqsəd ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında müəyyən balans formalaşsın. Lakin İslam həmrəyliyindən danışan müsəlman ölkəsinin torpaqlarımızı işğal etmiş və Azərbaycana qarşı etnik təmizləmə aparmağa çalışmış Ermənistanla dostluq etməsi birmənalı qarşılanmır”.

Politoloq qeyd edib ki, İran Türkiyənin bölgədəki varlığını qəbul etmir:

“Türkiyənin Qarabağa gəlməsi İran tərəfinin narahatlığına səbəb olur. Çünki onlar görür ki, Türkiyənin də bu bölgədə rolu yüksəlib. Lakin İran istəyir ki, bu bölgəyə ondan başqa heç bir dövlət müdaxilə etməsin və bütün hadisələrə özü nəzarət etsin. Bununla yanaşı, İran Azərbaycanın inkişafının qarşısını almağa və bizi regionda sıxışdırmağa çalışır. Hesab edirəm ki, onların əsas niyyətləri bunlardır. Eyni zamanda, rəsmi Tehran bölgədəki geosiyasi dəyişiklikləri qəbul etmək istəmir. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası bundan sonra da öz müstəqil xarici siyasətini davam etdirəcək”.


Oxunub: 187

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər