"Çoxumuzun gəncliyi bir yerdə keçib, o mənə necə salam verməyə bilər?"

DogruXeber.az: - “Müğənnilərin bir-birinə salam verməməsi cahillikdir. Onlar başa düşmürlər ki, salam Allahın salamıdır. Heç kim heç kimdən nə artıq deyil, nə də ki, əskik. Heç kim də heç kimdən nə artıq oxumur, nə də əskik. Hər gülün öz ətri, öz rəngi olduğu kimi, xanəndənin də özünəməxsusluğu var. Elə xanəndələr var ki, gül kimi tikanları da çoxdur, ələ çox batır. Hamı hamının keçmişini də gözəl tanıyır, haqqında da yaxşı bilir. Heç kim sudan çıxmış ağ qaşıq deyil”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva bildirib. O daha sonra əlavə edib.

“Çoxumuzun gəncliyi bir yerdə keçib, o mənə necə salam verməyə bilər? Uzaqdan durub əl edirlər, baş tərpədirlər. Deyim ki, pandemiyadır belə edirlər, virusa görə qorxub görüşmürlər, yalan olar. Onlar hər zaman belədir. Ona görə də bu sənətdə dost, rəfiqə anlayışı yoxdur. Hər zaman demişəm ki, bu sənətdə rəfiqəm bircə Həlimət Sultandır. Bəylərdən isə əməkdar artist Təyyar Bayramovdur. Onunla hər dərdimi, sirrimi bölüşürəm. Təyyar məndən yaşda da, sənətdə də balacadır, amma ağıl yaşda deyil, başdadır. Təyyardan sənətdə böyük olanlar o etikada, mərifətdə deyillər. Təbii ki, bu sözümü hamıya şamil etmirəm. Bir də görürsən ki, toyda mən oxumalıyam, gəlib 2 saatdır oturmuşam, məndən sonra gələnə söz verirlər. Yaxşı, aparıcı sənə söz verir verir də, sən niyə demirsən ki, mənim yox, Sevincin növbəsidir? Onu demək bir yana qalsın, heç mikrofonu əllərindən yerə qoymurlar. Elə bilirlər ki, bu hərəkətləri onlara baş ucalığı gətirəcək, amma bilmirlər ki, kənardan necə pis görünür”, - deyə xanəndə bildirib.

Xanəndə müharibə illərində yaşadığı çətinliklərdən də danışıb.

“Əvvəlki Qarabağda yaşayan vaxtımız olsaydı, biz kasadçılıq çəkməzdik. Biz gəldik həm vətən, həm torpaq, həm də şəhid dərdi çəkdik. Atam əsirlikdə idi, onun dərdini çəkirdim. Mənim üçün sənət o illərdə ikinci planda qaldı. Bütün bu dərdlər bizi - ümumilikdə Qarabağ xanəndələrini sənətdən kənarda qoydu, çoxlarına da meydan verdi. Bizlər isə 5 qəpiyin dalınca qaçıb ailə dolandırdıq. Biz yaxşı qazancı, yaşayışı görmüşdük, görə-görə gəlmişdik. Mən gecikdim, belə bir dövrdə gəlib tələbələrimlə texnikum, universitet oxudum. Onların heç biri danmır bunu. Bu dəqiqə pul qazanıb, burnularını yuxarı qaldırırlar. Mənim məclisim onunkundan çoxdur deyirlər. Məclislə sənətkar olmursan ki! Get arxivi vərəqlə, get gör arxivində nə etmisən?! Dövlət üçün, xalq üçün nə etmisən?! Bu gün toylardan qazanırsınızsa, gedin bu sənətin, sənət sevər xalqımızın başına dolanın! Kimlərinsə hesabına sənətə gələ bilərsən, amma nə etmisən, nə iş görmüsən?! Günah edəndə ən azından Allaha yalvarsınlar ki, bunu mənim balalarıma çəkdirmə! Mənim maşınım, evim bahalı olmaya bilər, digərləri kimi parıltılı, işıltılı donlar geyinməyə bilərəm, amma mənim mənəviyyatım bahalıdır, zəngindir. Heç kimin qarşısında da baş aşağı deyiləm, heç kim də bunu ömür boyu gəlib mənə deyə bilməz”, - deyə əməkdar artist bildirib.//dia.az


Oxunub: 524

Son xəbərlər

“İnternational Medical Center 1” xəstəxanasında yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur - BU NƏDİ BELƏ?!

“Qərb Qazaxıstanın müstəqilliyini qoruyur” — Rəsmi Astanadan Rusiya və Çinə qarşı ŞOK AÇIQLAMA

Rusiya NATO-ya qarşı müharibəyə hazır olduğunu AÇIQLADI

Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edildi - SƏRƏNCAM

Rusiya Haaqa Tribunalından yayınmaq üçün Əlcəzairlə saziş imzalamaq istəyir

“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

Türkiyədə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib

HƏMAS girov götürdüyü iti də azad etdi

İran prezidenti niyə Türkiyəyə getməyib? - Səbəb AÇIQLANDI

Amerikanın hərbi təyyarəsi okeana düşdü

"Tərtər işi” ilə bağlı həbs olunan hərbçilərə HÖKM OXUNDU

Zelenski “İlin xəyalpərəsti” elan edildi

Polşa buna görə Finlandiyaya qoşun göndərir

Hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq

Deputat ezamiyyə xərclərinin artırılmasını təklif edir

Azərbaycan nefti bahalaşdı

Erməni deputat Bakıda yaşamaq istəyir

Bu günə olan valyuta məzənnələri

Putin bunu xəyanət adlandırdı

Qurban Qurbanov ilk maaşını açıqladı

Rusiyadan Ukraynanın təzminat istəyinə CAVAB

Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə göndərildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edildi

Məhkəmə "Kanal 13"ün rəhbəri barəsində qərar verdi

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - ƏMR

Sabah üç rayonda qaz olmayacaq

Bu uşaq evində uşaqlar soyuq su ilə çimizdirilir - VİDEO

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdı

Bank Akif Çovdarovun şirkətlərini məhkəməyə verdi — 9 milyonluq borc

Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq

Bütün xəbərlər