HƏQİQƏTƏNDƏ: Artan rüsumlardan kim qazanacaq? - Hər kəs narahatdır, cavab isə yoxdur

DogruXeber.az: - “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər ediləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Rüsum artımı olduqca geniş arealı əhatə edir.

Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsinin səbəbinə gəldikdə isə müzakirə zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır. O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib.

Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub. Qeyd edək ki, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərə əsasən, bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Burada “Vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə”, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri”, “Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə”, “Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə”, “Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumların artırılması və digər sahələr də daxil olmaqla ümumilikdə 226 dövlət rüsumu dəyişdirilərək artırılıb.
Qeyd edək ki, bu gün ölkədə müxtəlif sahələrdə kifayət qədər bahalaşma özünü göstərir. Ötən rüsumlardan 15 il keçməsinə baxmayaraq, bu müddətdə əmək haqqlarında o qədər ciddi dəyişiklik müşahidə edilməyib. Rüsumlarla bağlı tətbiq ediləcək yeni dəyişiklik onsuz da alıcılıq qabiliyyəti zəif olan əhalinin maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.

Hazırkı əmək haqqı ilə dövlət rüsumlarındakı artım nə dərəcədə uyğundur?

Millət vəkili Vahid Əhmədov Cebhe.info-ya bildirib ki, dövlət rüsumunun artımı ilə bağlı elə məsələlər var ki, onları da narahat edir:

“Bununla bağlı öz təkliflərimizi vermişik. İkinci oxunuşda yəqin ki, o məsələlərə baxılacaq. Hesab edirəm ki, son vaxtlar qiymət artımı sürətlə getdiyi üçün Azərbaycanda əmək haqqı prinsipi ümumiyyətlə, dəyişməlidir. Yəni əmək haqqınının verilməsi ilə bağlı məsələyə baxılmasına böyük ehtiyac var. Hesab edirəm ki, əmək haqqı ilə bağlı normativ sənədlər işlənib hazırlanmaldır. Bunlar da Milli Məclisdə səsləndi. Hansı təkliflərin keçib-keçməyəcəyini görəcəyik. Növbəti oxunuşda baxılacaq”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda müxtəlif dövlət qeydiyyatı rüsumlarının artması təbii ki, vətəndaşların xərclərinin artması deməkdir:

“İstənilən rüsum artımı nəticə etibarilə vətəndaşın cibindən çıxır. Bu rüsum artımı əgər inflyasiya ilə bağlı indeksləşməyə əsasən aparılırsa, o zaman maaş və təqaüdlərin artırılmasından sonra bu addımın atılması daha doğru olardı. İndi maaş və təqaüdlər artmayıb. Azərbaycanda nominal gəlirlər artsa da, real gəlirlər kəskin şəkildə azalıb. Çünki inflyasiya həddindən artıq yüksəkdir. Ona görə də indiki şəraitdə belə bir addımın atılmasını məntiqli saymaq mümkün deyil. Heç olmasa maaş və təqaüdlərin artımından, indeksləşməsindən sonra bəlli bir rüsumların artımına gedilsəydi, bunu hardasa anlamaq mümkün idi. İndiki zamanda isə bunu tam anlamaq mümkün deyil və doğru addım saymıram”.//dia.az


Oxunub: 357

Son xəbərlər

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Hacı Vəliyevlə bağlı qərar verildi

BŞTİ-də yeni kadr təyinatı oldu

Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!

Saleh Səmədovun yerinə yeni sədr seçildi

Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir

Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi

"İlham qardaşımın 9-cu nəvəsi oldu" - Ərdoğan

Yasamal rayonunda sakinlər üçün növbəti səyyar qəbul keçirildi - FOTO

“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu - FOTO

"Dövlət layihəsi" adı altında "qaz vurub, qazan dolduranlar" - VİDEO

201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi

"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var

Azərbaycanın 9-cu hava limanı yaxında istifadəyə veriləcək - Prezident açıqladı

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi - Həyat yoldaşı müraciət etdi

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

"Bu, Ermənistana qarşı ərazi iddiası demək deyil" - Prezident

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir // VİDEO

Tənhalıq kar olmağımıza səbəb ola bilər

Hansı evlərə “kupça” verilmir?

Sədr müavini Nazir təyin olundu

Ali Məhkəmədən əsassız varlanma ilə bağlı mühüm qərar

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb

"Varfarin DV"nin ölkəyə idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

"Memar Əcəmi"yə ciddi təhlükə yaradan nəhəng obyekt tikintisi: Günahkarlar istədiklərini etməkdən çəkinmirlər - FOTOFAKTLAR

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişdi

Bütün xəbərlər