“Oğlum şəhid olanda gəlmədi, indi “şəhid atası” statusu alıb, bizə verilən pulu mənimsəyir...” - NARAZILIQ!

DogruXeber.az: - “Mən 2000-ci ildə həyat yoldaşım Eldəniz Abbasovla ailə həyatı qurub, 2019-cu ildə ayrılmışam. 2001-ildə şəhid olan oğlum Möhlət, 2003-cü ildə isə o biri övladım dünyaya gəlib. Hansı qadın dayandığı yerdə evini dağıtmaq istəyərdi ki? İçki aludəçisi idi, oğlumu içki almaq üçün məcburi dükana göndərirdi, başımı divara vururdu, uşaqların yanında əxlaqsız söyüşlər söyürdü. Ayrılmazdan 3 il öncə də evə gəlib-getmirdi, hazırda yaşadığı qadının yanında qalırdı. Mənim oğlum şəhid olanda onun yas mərasimini yaşadığımız Gəncə şəhəri, Çiçək qəsəbəsində yox, dayım oğlunun yaşadığı Daşkəsəndə rayonunda verdik. İstəmədim ki, bu sınıq-salxaq evimi ictimailəşdirim, abır-həya etdim. Bir müddət sonra mənə bir video gəstərdilər ki, Elçin Ləmbəranski Binə, Südçülük savxozuna gedib və bir video çəkib ki, şəhid ailəsi burada acınacaqlı şəraitdə yaşayır. Həmin ev ki, ayrıldığım yoldaşım orada indiki ailəsi ilə yaşayır. Bu videonu mənə göstərəndə bir daha ölüb-dirildim, ikinci zərbəni bir də aldım. Bu ata bir dəfə də övladları ilə maraqlanmayıb, aliment verməyib, hətta inzibati həbsi var. Məhkəmə nənə və babanın təqaüdündən övladlarımın hərəsinə 40 manat pul kəsmişdi. İki oğlumu təkbaşına o daxmada böyütmüşəm. Oğlum şəhid olanda belə yoldaşım gəlmədi, yasda iştirak etmədi, indi amma Binədə, Südçülük savxozunda yaşadığı evin vəziyyətini göstərərək deyir ki, şəhid bu evdə yaşayıb! Oğlum bir dəfə də o evdə yaşamayıb. O ev 13-14 il övladını atıb gedən, dövlətdən gizlənən “atacığın” evidir. Oğlumun adından istifadə edir, hətta aylıq verilən 500 manatın 250-sini öz adına keçirib. Gedib saxta yollarla özünə “şəhid atası” statusu alıb. Bu nə özbaşnalıqdır?! Aidiyyatı qurumlar, bir əllərini vicdanınıza qoyun da”

Bunu Moderator.az-a şəhid Möhlət Abbasovun anası Cəfərova Qönçə deyib. O daha sonra problemi daha ətraflı bizə nəql edib.

“Çox xahiş edirəm ki, bu məsələni işıqlandırmaqda, tapdanan haqqımın, hüququmun geri qaytarılmasında mənə köməklik edəsiniz. Şəhid Gəncə şəhəri, Sevinc qəsəbəsi, 8-ci küçədə yaşayıb. Bu videoya görə Elçin Ləmbəranskini qınamıram, bircə ona görə pis oluram ki, məsələni araşdırmadan yayıb. Heç olmasa bir dəfə qonşulardan soruşardı ki, şəhidi bu küçədə kim görüb? Ata olan şəxsin övladı ilə bir fotosu da olmayıb!

ata sevgisi görməyib! Hətta oğlumun komandiri deyir ki, Möhlət bir dəfə atasına zəng etdi ki, ata, anama zəng etməyə üzüm yoxdur, mənə 10 manat pul göndər. Ata olan bəndə, içkiyə pul tapan “ata” uşağa deyib ki, mənim pulum yoxdur! İçki aludəçisi olan bir ataya necə şəhid atası statusu verilə bilər axı?! Bu hansı haqqa-hüquqa sığır?! Ata gedib Tovuz rayonunda şəhidlik statusu alıb. Orada ondan heç soruşmayıblarmı sən oğlunu neçə ildir görmürsən?! Hansı yolla “şəhid atası” statusunu alıbsa bunu bilmirəm! Mən bunu haqq-ədalətin tərəzisinə qoyuram. Hansı ağır gəlirsə onu mənə versinlər! Ata bizə ev də qoyub getməyib ki, deyim üstümüzdə az da olsa haqqı var. Bu daxmanı da qardaşım və oğlanlarımla sırğalarımı satıb, torpaq sahəsi alıb, özüm tikdirmişəm. Bizim hamamımız olmayıb, mən şəhid övladımı dəmir vannanın içində çimizdirmişəm.

Gəncə şəhər İcra Hakimiyyətindən oğlum şəhid olanda 2 dəfə gəliblər, daha sonra onların üzlərini görməmişəm! Özüm də tez-tez gedib narahat etməmişəm, istəməmişəm desinlər ki, şəhid anasıdır, yollarda qalıb. Bəzən hardansa yardım gətirirlər. Karopkaları açıb baxırıq ki, vaxtı keçmiş yağ və makaronları doldurub gətiriblər. Özüm yoxsul, kasıb ola bilərəm, amma ürəyim dünyalar qədər varlıdır. Gəlin mənə əliboş dəyin, elə əlidolu gəlmiş kimisiniz! Şəhid anası qürurlu olur, 1 çörəyi 3-4 gün yeyərəm, amma heç kimə demərəm ki, gətir mənə nəsə ver. Mən sadəcə onu istəyirəm ki, oğlumun ruhunu incitməsinlər! Yoldaşımın indiki həyat yoldaşı, qeyri-rəsmi yaşadığı, nigahı olmayan qadın mənə deyir ki, Allah sənə dağ çəkib, biz də sənə belə dağ çəkirik! 250 manatı alıb-yeyirik, üstündən də su içirik” deyə şəhid anası bildirib.


Oxunub: 286

Son xəbərlər

Agentliklə Mahmudova məxsus olduğu deyilən şirkət arasında sövdələşmə

"Bu, qadınların borcudur" - Şimali Koreya lideri

Səhər yeməyi vacibdirmi?

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq — Nazir

90 qəpikdən, 4 manata... — Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Bütün xəbərlər