Ərzaq bahalaşması “böhran toxumu” səpir: - Azərbaycanda da eyni vəziyyətdir

DogruXeber.az: - Yaponiyanın iri maliyyə holdinqi “Nomura” enerji qiymətlərindəki güclü artımın, böyük iqtisadiyyatlarda inflyasiyanı yüksəltdiyini və mərkəzi bankların buna hazırlıqsız olduğunu, növbəti təzyiq qaynağının isə qida qiymətləri ola biləcəyi xəbərdarlığını edib.

“Nomura”nın analitikləri qeyd edib ki, qida məhsulları, İstehlakçı Qiymətləri İndeksində (inflyasiya göstəricisi) enerjidən daha çox xüsusi çəkiyə malikdir və bu vəziyyət xüsusilə inkişaf edən bazar iqtisadiyyatlarında daha yüksəkdir: “Növbəti böhranın toxumları hal-hazırda qida qiymətləri ilə səpilmiş ola bilər. Yüksək enerji qiymətlərinin qida üzərində ehtimalla güclü ikinci dövr təsirləri olacaq".

Qlobal qida qiymətlərində 2022-ci ilin sonuna qədər 15% artımın reallaşdığı fərziyyəsinə əsaslanan ssenariyə görə, analitiklər yüksələn inflyasiya proqnozlarının mərkəzi bankları "daha erkən və daha sürətli sərt siyasətə" yönəldə biləcəyini qeyd ediblər. Qeyd edək ki, Azərbaycanda illik inflyasiya 6%-ə yaxınlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabr ayında bir çox ərzaq məhsullarının qiymətləri artıb. Enerji qiymətlərində artım davam edir. Qarşıdan qış fəslinin gəlməsini nəzərə alsaq, bazarda ərzaq məhsullarının qiymətlərində daha da artım gözlənilir. Enerji və qida məhsullarının qiymətlərinin artdığı bir şəraitdə inflyasiyanın daha da artacağı gözlənilirmi?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, inflyasiya ilə bağlı məqamların bir-birindən asılılığı var və qarşılıqlı təsir altındadırlar:

“İstər enerji daşıyıcılarının qiymətlərində artım, eləcə də BMT-nin Ərzaq təhlükəsizliyi proqramı əsasında statistik məlumatlara görə, son 10 ildə bahalaşma prosesinin getməsi zəncirvari olaraq bahalaşmaya şərait yaradan amillərdir. Bu da öz növbəsində inflyasiya anlamına gətirib çıxarır. Antiinflyasiya proqramı var və bunu tətbiq etmək mümkündür. Ancaq yaranmış vəziyyətdə bunun qarşısını almaq çox çətin olacaq. Yəni deyilən inflyasiya prosesi nəzərdə tutulandan çox olacaq. Burada mübarizəni bu üslubda aparmaqla yox, növbəti ildə qarşısının alınması ilə bağlı antiinflyasiya proqramlarını tətbiq etməklə, indeksləşdirməklə aradan qaldırılması mümkün ola bilər. Yəqin ki, növbəti ildə stabilləşməyə getmək mümkün olacaq. Artıq nəzərə alsaq ki, bahalaşma başlayıb və istər enerji daşıyıcıları, yanacaq, eləcə də qida məhsullarının qiymətləri artır. Bundan başqa, sahibkarların bununla bağlı “panik atak”, yəni psixoloji durumu var, xeyir saldosunu əldən vermək istəmirlər. Qorxurlar ki, növbəti ayda bu qəbildən olan məhsulların qiyməti qalxar və onlar itkilərlə üzləşərlər. Paralel olaraq da sağlam rəqabət mühitinin olmaması mövcud vəziyyəti təzyiq altında saxlayacaq”.

İqtisadçı deyir ki, müəyyən bir səbətə məhsullar daxil olur və onun ümumi indeksi hesablanır:

“Onların arasında elə məhsullar var ki, qiyməti qalxmayıb. Ancaq elə məhsul var ki, 30 faiz bahalaşıb. Ümumi bir inflyasiya hesablanır. Bu gün vətəndaşlar tərəfindən istehlak olunan vacib məhsullarda qiymət artımı var. Məsələn, biz bu gün “Meyvəli” ticarət mərkəzində monitorinq aparsaq, görəcəyik ki, burada satılan məhsul şəhərdə satılan məhsulun qiymətindən 2-3 dəfə ucuzdur. Sadəcə olaraq, bu, istehlakçıının əlinə çatmır, çünki inhisarçılıq elementləri var. Həmin inhisarçılıq aradan qaldırılmalıdır. Bu gün məhsul piştaxtalara maneəsiz, baryersiz keçməlidir. Çox təəssüf ki, bu baryer var və bunun qarşısı alınmalıdır. Bununla bağlı dövlətin nəzarət oqranları və infyasiya ilə bağlı dünyada gedən proseslər var. Amam daxildə gedən proseslər də var ki, stimullaşdırıcı qiymət yuxarı qalxsın. Bu da inhisarçılıq elementidir”.


Oxunub: 151

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər