Şagirdlərə narkotik satanı yaxalayan müəllimdən AÇIQLAMA

DogruXeber.az: - Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə aludə etdirən şəxsin yaxalandığını xəbər vermişdik. Məktəbliləri narkotikə qurşadan şəxsi ifşa edənin Xəzər rayonu 322 saylı məktəbin informatika müəllimi Tural Sofuyev olduğunu bildirmişdik.

Tural Sofuyev faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə bu barədə məlumat verib və narkoticarətçi polis əməkdaşları tərəfindən saxlanılıb.

Tural Sofuyev Bizim.Media-ya özü müraciət edərək olayla bağlı təfərrüatları danışıb.

O, şagirdləri narkotikə, içkiyə və siqaretə aludə edənin noyabrın 15-də yaxalandığını bildirib:

“322 nömrəli məktəbin bir neçə 11 –ci sinif şagirdlərinin üzərindən siqaret və içki qoxusu gəlməklə bağlı şübhələndik. Direktor araşdırmanın aparılması üçün göstəriş verdi. Dərhal Xəzər rayonunun 2-ci Polis Bölməsinə müraciət etdik. Şagirdlərdən yalnız bir nəfəri etiraf etdi ki, onları bu yola vadar edən şəxs var. Adını açıqlayandan sonra həmin şəxs məktəbə dəvət edilib və Polis Bölməsi tərəfindən operativ əməliyyat zamanı yaxalanıb”.

Tural Sofuyev məsələ ilə bağlı Təhsil Nazirliyinə də məlumat verildiyini qeyd edib:

“Digər şagirdləri də danışdırırıq. Nəsə ortaya çıxarsa, anında polis bölməsinə məlumat verəcəyik. Mənim, şagirdin və məktəb psixoloqunun izahatları alınıb”.

Tural Sofuyevin sözlərinə görə şagirdləri zəhərləyən 29 yaşlı Maştağa sakinidir:

“Hal 50 dəfə də təkrarlansa, məsələni araşdıracağam. Bu, təkcə hər hansı bir şagirdin dərsdən qaçması, yayınması məsələsi deyil, bizə əmanət olunan məktəblilərin birbaşa pis vərdişə çəkilməsidir. Məlumatı açıqlamaq reklam xarakteri daşımır, məqsəd bu işdə qurumlarımızın daha ciddi iş görmələridir”.

Məlumat üçün bildirək ki, hazırda pedaqoq işləyən Tural Sofuyev pedaqoq işləməzdən əvvəl Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı və polis leytenantı kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Daxili işlər Nazirliyi məsələ ilə bağlı həələki rəsmi məlumat açıqlamayıb.


Oxunub: 339

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

2 milyon manat mənimsəyən hərbçi həbs olundu

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər