gundem / siyaset
22.11.2021, 13:39
AzTV-də işdən çıxarılan polkovnik-leytenanta yeni vəzifə verildi - ƏMR
Bir müddət öncə vəzifədən çıxarılan polis rəisinə yeni vəzifə verilib.
"DogruXeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Cəfərov Xəqani Xıdır oğluna başqa vəzifə verilib.
O, Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis Şöbəsinin rəisi təyin olunub.