Masaya doğru yol alan Paşinyan... - NÖVBƏTİ HİYLƏ OLMASIN...

Ermənistan hakimiyyətinin nümayəndələri iddia edirlər ki, Rusiya Ermənistana Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesinə sıfırdan başlamağı təklif edib.

“Azadlıq” Radiosunun erməni xidməti - Azatutyun yazır ki, onlar bunun nə demək olduğunu izah etməyiblər. Hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları prosesin hansı xəritələr əsasında aparılacağını da bilmədiklərini söyləyiblər.

Bundan əvvəl rəsmilər delimitasiya və demarkasiya prosesinin 1920-ci ilin xəritələri ilə aparıla biləcəyini deyirdilər. Moskvadan təklif alındığını noyabrın 18-də Baş nazir Nikol Paşinyan da bəyan etmiş, təkliflərin Ermənistan üçün məqbul olduğunu bildirmişdi.

Milli Məclisin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistanın mövqeyi barədə Rusiyaya rəsmi yazılı məlumat verilib.

Azatutyun yazır ki, “Paşinyan bu təkliflərə razılıq verməzdən əvvəl bu məsələni kiminlə isə müzakirə edibmi, yoxsa müstəqil qərar qəbul edib” sualına iqtidar deputatları cavab verməyiblər.

Onlar yalnız bunu bildiriblər ki, Paşinyan Ermənistanın prosesdə maraqlı olduğunu əvvəllər dəfələrlə bəyan edib.

Deputat Ağacanyan deyib: “Hələlik məzmundan danışmaq tezdir. Söhbət hazırlıq işlərinin başlanmasından gedir. Mənim bundan əvvəl qeyd etdiyim kimi, müəyyən texniki məsələlərə dair razılaşma əldə olunduqdan sonra Ermənistan prosesin özünə başlamağa hazır olacaq”.

Azatutyunun yazdığına görə, keçmiş prezident Robert Köçəryanın müxalif “Hayastan” (“Ermənistan”-red.) blokunun üzvləri Baş nazir Paşinyanın hələ 10 gün əvvəl verdiyi bəyanatı yada salıblar.

Paşinyan demişdi ki, hər gün atəş açıldığı, atəşkəsin pozulduğu bir vaxtda delimitasiya və demarkasiya prosesinin keçiriləcəyini təsəvvür etmək belə çətindir.

“Azadlıq” Radiosunun erməni xidməti yazır ki, indi Paşinyanın Rusiyanın təkliflərinə müsbət cavab verməsini müxalifət düşərgəsində belə qiymətləndirirlər: “Paşinyan son sərhəd gərginliyindən istifadə edərək sülh bəhanəsi ilə xalqdan xəbərsiz əldə olunmuş razılaşmaları həyata keçirmək istəyir”.

Eduard Ağacanyan isə deyib ki, Ermənistan Rusiyaya öz ərazi bütövlüyünün bərpasında kömək üçün müraciət edib və bu məsələ sərhədin delimitasiya və demarkasiyası ilə həllini tapmalıdır: “Əsas məqsəd Rusiyanın hərbi müdaxiləsi deyil. Hazırda Ermənistan Respublikası suveren ərazisinin toxunulmazlığının təmin edilməsi daha mühüm məsələdir. Delimitasiya və demarkasiya belə bir nəticəyə gətirib çıxaracaq alətlərdən biridir”.

Başqa bir iqtidar deputatı, müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan deyib ki, Rusiyaya müraciət edilib-edilməməsi prinsipial məsələ deyil: “Birincisi, Ermənistan və Rusiya arasında hərbi-siyasi razılaşma var. İkincisi, Rusiya atəşkəs rejiminin qarantıdır. Bu səbəbdən də biz bir işi niyə iki eləməliyik”.

Göründüyü kimi, sərhədlərin delimitasiyası və demarkasiyası barədə ümumi razılaşma əldə olunsa da, “haradan və nədən başlamalı” sualının cavabı açıq qalır. Yəni söhbət ilk növbədə, hansı dövrün xəritələrinin əsas götürülməsindən gedir. Rusiya Prezidentinin təklif etdiyi “sıfırdan başlamaq” ifadəsinin də hansı illəri nəzərdə tutduğu ola bilsin ki, Ermənistan hakimiyyəti üçün aydındır.

Ancaq indiki həssas məqamda siyasi mübahisə predmetinə çevrilməmək üçün bu erməni cəmiyyətinə açıqlanmır. Paşinyan yalnız Rusiyanın təklif etdiyi hər üç varianta razılıq verdiyini deməklə kifayətlənib. O, bu təkliflərin Ermənistanın maraqlarına cavab verib-vermədiyini dilə gətirmir. Siyasi ekspertlərin əksəriyyəti Paşinyanın sərhədlərin müəyyənləşməsi ilə bağlı təklifə Rusiyanın təzyiqləri qarşısında razılıq verdiyi qənaətindədir. Bu isə Ermənistan sərhəd məsələsində bir sıra iddialarından geri çəkilməsi deməkdir. Rəsmi Moskvanın “sıfırdan” başlamaq anlayışı bir neçə mənada başa düşülə bilər.

Birinci, delimitasiya və demarkasiya işləri 1920-ci illərin əvvəlində, yəni Azərbaycanın və Ermənistanın Rusiya Sovet Federativ Respublikalar İttifaqının tərkibinə daxil olduğu xəritələr əsasında aparılmalıdır. Son zamanlar Ermənistan da 1920-ci illərin xəritəsini yeganə hüquqi əsasa malik olduğunu bildirməklə sərhədlərin məhz həmin dövrə uyğun müəyyənləşdirilməsini təklif edir. Baş nazir Paşinyan hesab edir ki, Sovet dövründə rayon partiya komitələri, rayon icraiyyə komitələri və SOV.İKP MK Plenumunun qərarları ilə torpaq sahələrinin qonşu respublikaya verilməsi hüquqi qüvvəyə malik deyil.

Ona görə də sərhədlərin demarkasiyası 1920-ci illərin xəritələri əsasında, yəni başlanğıcdan götürülməlidir. Bu variant əslində, Azərbaycanın maraqlarına cavab verir. Çünki SSRİ dövründə yalnız Azərbaycan SSR-in əraziləri Ermənistana verilib.

1920-ci ildə bolşevik Rusiya tərəfindən işğal ediləndə Azərbaycanın ərazisi 113,89 min kvadrat kilometr olub. 1922-ci ildə torpaqların Ermənistana verilməsi nəticəsində artıq Azərbaycanın 97,3 min kvadrat kilometr ərazisi qalmışdı. 1929-cu ildə isə bu göstərici 92 min kv.km-ə qədər azalmışdı. Sonrakı illərdə bu prosesin davam etdirilməsi nəticəsində 1991-ci ildə, yəni SSRİ dağılanda Azərbaycanın ərazisi 86,6 min kv.km qalmışdı. Bu baxımdan, 1920-ci illərin xəritəsini əsas götürülərsə, yəni sıfırdan başlanarsa, Zəngəzur və Göyçə mahalı da daxil olmaqla Azərbaycanın tarixi torpaqları özünə qaytarılmalı, ərazisi isə 113 min kv. km-ə qədər artmalıdır.

Bu isə Ermənistanın böyük bir hissəsinin Azərbaycanın tərkibinə keçməsi deməkdir. Belə varianta nə Ermənistan ictimaiyyətinin, nə də Rusiyanın razılaşağı inandırıcı görünmür.

Ermənistan tərəfi delimitasiya və demarkasiya prosesinin 1929-cu ilin topoqrafik xəritələri əsasında aparılmasını təklif edir. Bununla da Ermənistan əslində, Zəngəzuru öz tərkibində saxlamaq üçün beynəlxalq hüquqi əsas formalaşdırmağa çalışır. Ancaq 1929-cu ilin xəritəsi əsas götürülərsə, o zaman Ermənistana verilmiş xeyli ərazilər də geri qaytarıla bilər. Kolxoz və sovxoz təsərrüfatının inkişafı adı altında torpaqların Ermənistan SSR-ə verilməsi Paşinyanın özünün dediyi kimi, heç bir hüquqi qüvvəyə malik deyil. Sərhədlərin delimitasiyası və demarkasiyası 1929-cu ilin xəritələri əsasında aparılarsa, Azərbaycanın əraziləri 92 min kv.km-ə qədər arta bilər.

“Sıfırdan başlamaq” ifadəsində ikinci anlayış kimi münaqişədən əvvəlki dövr nəzərdə tutula bilər. Ola bilsin ki, Rusiya Ermənistana 1988-ci ilə qədər, yəni sərhəd münaqişəsinin başlanmadığı dövrə qayıtmağı təklif edir. Bu halda mütəxəssislər 1975-ci ilin xəritəsinin əsas götürülməsini vacib hesab edir. Əgər belə olarsa, o zaman 1982-ci ildə Qazax rayonunun Ermənistana verilmiş 3 min hektar torpaq sahəsi, 1984-cü ildə Laçın rayonunun suvarma sahəsi kimi 74 faizi ermənilərə verilmiş Qaragöl gölünün qalan hissəsi və ətraf əraziləri, eləcə də bir çox torpaq sahələri Azərbaycana qaytarılmalıdır.

Hansı dövrün xəritəsindən istifadə edilməsindən asılı olmayaraq, Qazax rayonunun yeddi kəndi və Sədərək rayonunun Kərki kəndi Azərbaycana qaytarılmalıdır. Çünki həmin kəndlər ərazi kimi Ermənistana verilməyib. 1990-1992-ci illərdə Ermənistan tərəfindən işğal edilib.

Üçüncü, “sırfırdan başlamaq” anlayışı ilkin şərt qoymadan mənasını da özündə ehtiva edə bilər. Çünki Ermənistan delimitasiya və demarklasiya prosesini yalnız iki ölkə arasındakı dövlət sərhəddinə aid edir, xalqların öz müqəddaratını təyinetmə prinsipi əsasında Qarabağdakı ermənilərin statusu məsələsini gündəmə gətirir. Bununla da Ermənistan dolayısı ilə Qarabağa olan iddiasını davam etdirir. Azərbaycan isə sərhədlərin müəyyənləşməsinə ümumi sülh sazişinin tərkib hissəsi kimi baxır. Ona görə də rəsmi Bakı Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasını istəyir.

Lakin İrəvanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaması eskalasiyaya səbəb olur. Bu isə sərhədlərin müəyyənləşməsini və kommunikasiyaların işə düşməsini ləngidir. Ermənistanın bu mövqeyi Zəngəzur dəhlizinin qısa zamanda açılmasında maraqlı olan Rusiyanı narahat edir. Ona görə də son günlər Laçın-Kəlbəcər istiqamətində baş verən toqquşmalarda Paşinyan hökumətinin yardım çağırışlarına Kremlin reaksiya verməməsi Rusiyanın Ermənistana təzyiqi kimi qiymətləndirilir.

Əgər Ermənistan ilkin şərt irəli sürmədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla Moskvanın təqdim etdiyi xəritələr əsasında sərhədlərin müəyyənləşməsinə razılıq versə, o halda yekun sülh sazişinə doğru mühüm bir addım atılmış olacaq. Əks təqdirdə, Paşinyan hökumətinin manevr etmək cəhdləri sərhəddə növbəti gərginliyə səbəb ola bilər.


Oxunub: 120

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər