"Yetiməm, amma tək deyiləm, evi də heç kəsə verməyəcəm” - ETİRAZ

DogruXeber.az: - "Yadların mənimlə nə işi var, hamısı məni çox istəyir. Ünvanıma ittihamları Rəmişin qardaşı səsləndirib. Qardaşının, qızının Rəmişin nə xəstəliyindən nə də ölümündən xəbərləri oldu. Heç dəfninə də gəlmədilər”

Bunu Moderator.az-a açıqlamasında mərhum gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova deyib. O, Rəmişin qardaşının onun ünvanına səsləndirdiyi ittihamların əsassız olduğunu bildirib:

“Qaldı ki, bizə bu mənzili möhtərəm Prezidentimiz verib, Allah onu, Mehriban xanımı qorusun. Ömrüm onlara qurban olsun. Ondan sonra da Rəmiş sənəd üzərində evi mənə hədiyyə edib. Evi də heç kəsə verəsi deyiləm. Ondan başqa mənim nəyim var ki, heç nəyim yoxdur. Bir Rəmişim var idi, o, da mənim üçün bir qeyrətli, kişi adı qoyub getdi. O, məndən ötrü dünyada hər bir naz-nemətdən üstündür. Ondan sonra məndən nə istəyirlər. Bunlar atanı, qardaşı saymayan adamlardılar. Məni yox, özlərini biabır edirlər. Xalq məni tanıyır, hamı gördü Rəmişi necə istəmişəm, ona necə baxmışam. Halal-halal xoşu olsun, borcum idi. Mənim ailəm, başımın tacı idi”.

G.Hüseynova bundan sonra onu hədələyən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib:

“Heç kimlə işim yoxdur. Kimin də mənimlə işi olsa, adımı saytlarda, efirlərdə hallandırsa, onlar məhkəmə qarşısında cavab verməli olacaqlar. Mən tək deyiləm, yetiməm, amma qardaşlarım var. Odur ki, Allahdan başqa heç kimdən qorxmuram. Xalqım arxamdadır, onlar məni çox istəyir. Gözəl dövlətim, hökumətim, hüquq-mühafizə orqanlarımız var. Ona görə mən dövlətimizə arxalanıram. Sizlər də çox sağ olun ki, mənimlə maraqlanırsınız”.

Qeyd edək ki, Rəmişin qardaşı Vaqif Hüseynov efirdə çıxışı zamanı Gülünü hədələyərək, ünvanına sərt ittihamlar səsləndirib.


Oxunub: 189

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər