Elmlər Akademiyası ləğv olunur? - “Dövlət başçısının gözləntilərini doğrultmur“

DogruXeber.az: - Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması ilə bağlı təklif irəli sürüb: “Bu gün AMEA ölkə elminin inkişafına nə verir? Bu qurumun ləğv olunması günün tələbidir”.

Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Yenisabah.az-a danışarkən Elmlər Akademiyasının 2013-cü ildən böhran keçirdiyini qeyd edib:

“Bütövlükdə, Akademiyanın fəaliyyətsizliyi, eyni zamanda, milli elmin geri qalması ilə bağlı iddialar və ittihamlar çoxdan səslənir. AMEA 2013-cü ildən başlayaraq yanlış idarəetməyə görə görməli olduğu işlərdən xeyli uzaq düşüb. Çox təəssüf ki, dövlət başçısının Akademiyadan gözləntiləri özünü doğrultmayıb. Elmlər Akademiyasını “Alimlər Klubu” kimi saxlamaq və ya Təhsil Nazirliyinin idarəetməsinə vermək olar.

AMEA elmi və elmi-texniki siyasət həyata keçirən ali dövlət təşkilatıdır. Azərbaycan elminin lokomotivi rolunda çıxış etməli olan akademiya çox səmərəsiz fəaliyyət qurub. Elmimiz dünya elmi ilə müqayisədə çox-çox geri qalır. Burada yalnız akademiyanın ləğvi məsələsi gündəmdə deyil. Biz elmin idarə olunmasını mütləq şəkildə düşünməli və normal idarəetmə yaratmalıyıq.

Azərbaycanda Elm, Təhsil və Texnologiyalar Nazirliyinin yaradılması çox vacibdir. Elmin idarə olunması bütövlükdə universitetlərdə olmalıdır. Amma universitetlərin də böyük əksəriyyətində demək olar ki, elm yoxdur.

Dünya təcrübəsi isə göstərir ki, elm təhsildən ayrı ola bilməz. Bu gün Azərbaycanda elmə ayrılan vəsaitlər də qənaətbəxş deyil. Lakin bu vəsaitləri on dəfə artırsaq belə, yenə də səmərəsiz olacaq. Eyni zamanda elmi tədqiqatların effektivliyi ilə bağlı konkret nəticə əldə edə bilməyəcəyik. Çünki bütövlükdə sistem dəyişməlidir”.//dia.az


Oxunub: 598

Son xəbərlər

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

D vitamini çatışmazlığının gözlənilməz əlaməti

Bütün xəbərlər