Kürdəmir sakinləri ÇARƏSİZ DURUMDA... - İcra hakimiyyəti isə ancaq VƏD VERİR...

DogruXeber.az: - “Kəndin içindən magistral yola aparan vur-tut 4 kilometrlik yol ömrümüzü göy əskiyə büküb. Maşın bir dəfə o yola çıxdısa, təmirə getməlidir. Yağış yağdısa, kəndə kənar maşın gəlməz, təcili yardım xəstə keçinəndən sonra gəlib çıxar… Hökumətin əlində bu qısa yolu təmir etmək su içimi kimi şeydir, buna görə niyə bu qədər əhaliyə zülm olunur, anlamırıq”.

Bunu Meydan TV-yə Kürdəmirin Muğanlı kənd sakinləri deyir. Onlar kəndlə magistral yolu birləşdirən yolun əsaslı təmir olunmasını tələb edirlər.

Arada özləri yola çınqıl tökürlər

Kənddən magistral yola çıxan yol 1960-cı illərdə təmir olunub. Sonrakı illərdə yol hər dəfə bərbad vəziyyətə düşdükcə, aidiyyəti qurumlardan hərəkət görməyən kəndlilər özləri yolları ara-sıra çınqıllayıblar. Ancaq kəndlilər deyir, artıq bu işləri özləri görməkdən cana doyublar. Kənd sakinləri Meydan TV-yə yazırlar:

“Bu yol rayon mərkəzinə getmək istəyən muğanlıların əsas yolu hesab olunur. Ancaq çox vaxt toz-torpağa batmamaq, yağışlı havada isə su ilə dolu xəndəklərə düşməmək üçün biz muğanlılar necə deyərlər, “qıçımızı sındırıb” kənddə oturmalı oluruq”.

“Kənddə problem çoxdur”

İllərdir ki, kənd sakinləri yolun təmiri üçün dövlət qurumlarına yazır, yerli icra hakimiyyətinə gedir, ancaq nəticə yoxdur:

“Bir yaxınını evinə qonaq dəvət edə bilmirsən, adam utanır desin ki, o yoldan keç, evimə gəl… Təcili yardım biləndə ki, çağırış Muğanlıdandır, ağız büzür. Bir kəndin yolu bərbaddırsa, o kənddə nə təsərrüfat inkişaf edər, nə təhsil, nə də başqa sahələr… Bunlar hamısı bir-birinə bağlı şeylərdir. Hökumətdən istədiyimiz odur ki, əsas yoldan kəndimizə gələn 4 kilometrlik yolu təmir etsinlər. Kənddə problem çoxdur, ancaq hələlik yolu düzəltsinlər”.

Qurum: “Yol təmir olunacaq”

Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, yolun qeyd olunan hissəsiylə bağlı sakinlərin dediklərində həqiqət var. Bu yaxınlarda icra hakimiyyətinə gələn sakinlərin nəzərinə çatdırılıb ki, növbəti ilin ilk aylarında həmin yola asfalt örtüyü döşənəcək.

İki ay əvvəl Muğanlı sakinləri Meydan TV-yə nar bağlarının susuzluqdan yanmasından şikayətlənmişdilər.


Oxunub: 394

Son xəbərlər

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

“Tuğ” Qoruğunun statusu müəyyənləşdi - QƏRAR

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Davit Babayan da həbs olundu - RƏSMİ

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO

İgidəlinin işçi canı hesabına İGİDLİYİ

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL

Bu il Şuşada 17 binadan ibarət kompleks tikiləcək - Xüsusi nümayəndə

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Eldar Mahmudov üzə çıxdı

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları TAPILDI

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul EDİB

Milli Qəhraman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTOLAR

Ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur - BMT QAK

Yol polisindən paytaxt sakinlərinə və sürücülərə MÜRACİƏT

Ordumuz Xocavənddə artilleriya qurğuları müsadirə edib - VİDEO

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Neftimiz UCUZLAŞDI

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir -VİDEO

Bütün xəbərlər