"Atəşgah" Sığorta Şirkəti VƏTƏNDAŞA QARŞI - GİLEY

DogruXeber.az: - "Baku Steel Kompany” MMC-yə məxsus Poladəritmə zavodunun fəhləsi Babayev Balasər 2014-cü ildə iş başında ağır xəsarət alıb. Ona III qrup əlillik təyin edilib. B.Babayevə sığorta pulu ödənməli olsa da, “Atəşgah” Sığorta məbləği ödəməkdən imtina edir. “Şərq”ə müraciət edən B.Babayev ağır durumda olduğunu, müalicə almaq üçün maddi imkanının yetmədiyini dedi:

- 14 il Bakı Poladəritmə zavodunun fəhləsi olmuşam. 2014-cü ildə minamyot partlaması nəticəsində mən və fəhlə yoldaşım Akif xəsarət aldıq. Akifin gözləri tutuldu, mənimsə sağ qulağımın pərdəsi yırtıldı. Əlillik təyin edilib mənə. III qrup əliləm. Müavinət də alıram. Mənə sığorta pulu da ödənməlidir. Amma “Atəşgah” Sığorta pulu ödəmir. Halbuki, işlədiyim illər ərzində mən sığorta pulu ödəmişəm. 91 min AZN pul toplanıb adıma. Hamısını demirəm, heç olmasa, yarısını ödəsinlər.

B.Babayev sığorta pulu ödənilərsə, daha güclü müalicə ala biləcəyini dedi:

- Yatanda qulağımdan çirkli maye axır. Səsləri yaxşı eşitmək üçün qulağıma mütləq qulaq dibi taxmaq məcburiyyətindəyəm. Onu taxmasam səsləri, sözləri ayırd edə bilmirəm. Həkim mənə deyib ki, Türkiyədə qulaq pərdəsini bərpa edə bilirlər. Türkiyəyə getmək üçün azı 20 min manat pul lazımdır. “Atəşgah” Sığorta illərlə ödədiyim sığorta məbləğinin bir hissəsini qaytarsa, Türkiyəyə müalicə almağa gedə bilərəm. Əziyyətdən də canım qurtarar.

B.Babayev qeyd etdi ki, hazırda zavodda bağban işləyir. Zavod rəhbərliyi onu işdən tamamilə kənarlaşdırmayıb. Lakin aldığı əməkhaqqı müalicə olunmaq üçün yetərsizdir. B.Babayev sığorta şirkətindən illərlə ödədiyi halal pulunu tələb edir.//dia.az


Oxunub: 191

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər