gundem / siyaset / dunya
8.12.2021, 13:00
Seyran Ohanyan və həyat yoldaşının əmlakına HƏBS QOYULUB
DogruXeber.az: - Ermənistan Baş Prokurorluğu “Ermənistan” blokunun deputatı, eks-müdafiə naziri Seyran Ohanyanın və onun həyat yoldaşının əmlakına həbs qoyub.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, eks-prezident Serj Sarkisyanın mühafizə xidmətinin sabiq rəisi Vaçaqan Kazaryan və ailə üzvlərinin də əmlakına həbs qoyulub.
Prokurorluq Serj Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə də araşdırmaya başlayıb.