gundem / sosial / hadise / bolge / Cəmiyyət
9.12.2021, 11:11
Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəncbər kənd sakini İlqar Qəhrəmanovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.