İcra Hakimiyyətinin icrasız hakimi - VİDEO

DogruXeber.az: - Artıq bir neçə ildir ki, ölkənin demək olar hər yerində ərazi üzrə müvafiq İcra Hakimiyyətləri sosial media gündəminin "populyar ulduzları"na çevriliblər. Gözümüzü açdığımız hər yeni günə sosial medialar, yaxud sosial şəbəkələrdə saymazlıq edən İcra başçısı haqqında vətəndaş gileyini izləməklə başlayırıq. Və nə yazıq ki, bu acınacaqlı vəziyyət bitmək yerinə, hər gün daha da artmaqdadır.

Bu qədər tutduğu vəzifəsindən azad edilməklə, həmçinin həbs edilməklə cəzalandırılan sələfləri də heç hazırkı bir çox icra başçılarına nümunə olmur.

"Tamah"ına "yox" deyə bilməyən bu dövlət məmurları, vəzifədən yalnız cibləri üçün istifadə etməklə, vətəndaşları saymır, qəbul etmir, problemlərini nəinki aradan qaldırmırlar, hələ üstəlik özləri də problem yaradırlar.

Yeri gəlmişkən, 2020-ci ilin ikinci yarısında yaşadığımız 44 günlük müharibə dövründən bəri də İcra başçıları başda olmaqla, yerlərdə fəaliyyət göstərən çox məmurları, hətta məhkəmə hakimlərinin belə bəzilərini vəzifə başında tapmaq müşkülə çevrilib. Hamısının da işçilərinin verəcək tək cavabı var.

"Bu gün yerində yoxdur. Şəhid ailələri ilə görüşə gedib."

Maraqlı sual yaranır, əgər məmurlarımız şəhid ailələrinə, qazilərə qarşı belə diqqətlidirlərsə, o zaman hər gün artmaqda olan qazi etirazları, incidilmiş şəhid ailələri hardandır?

Yəni adamlar bu qədər "nankor"durlar?

Bunu düşünəndə, əslində, bizdə maraq deyil, acı gülüş yaranır.

Gülüş doğuran yalan və bəhanələr, acı doğuran isə acımızdan belə şəxsi məqsədlər üçün istifadə edilməsidir ki, bunu da bizə düşmən deyil, öz məmurlarımız edir.

Hər gün, günaşırı şəhidlər xiyabanında bir əklil qoyub, qabağında fotosessiya edib, icra hakimiyyətinin rəsmi saytlarında və sosial şəbəkə hesablarında paylaşan icra başçıları, tək ayaq üstə güclə dayanan Qarabağ qazilərini günlərlə, hətta həftələrlə qapıda gözlədib, ordan da problemini dinləmədən geri qaytarırlar.

Bu kimi hadisələrdən biri də çox da uzaq olmayan keçmişimizdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla 44 günlük şərəfli döyüş yolu keçmiş və bir ayağını, canının yarısını torpaq uğrunda vermiş Novruz Novruzov arasında yaşanmışdı ki, bunu da "DogruXeber.az" informasiya agentliyində yayımlamışdıq. Hətta, bu məlumatları yayımladığımıza görə İcra Hakimiyyətinin trol dəstəsinin bir neçə üzvü gecəylə baş redaktorumuzun yaşadığı mənzilinə hücum etmişdilər.

Əlqərəz. Sözümüz onda deyil. Sadəcə diqqətə çatdırmaq istəyirik ki, İcra Hakimiyyətinin 3-5 manatlıq tərəfdarlarının güya "şəxsi qərəz"imizin olduğu üçün bu cür yazdığımızı göstərmək arzuları agentliyimizin izləyicilərinin tərəzisində ümumiyyətlə heç görünmədi də.
Atalar yaxşı deyib: - "Haqq nazilər, üzülməz".

Əvvəla, təkrar olaraq, hər kəsin diqqətinə bir daha çatdırırıq ki, bizim "DogruXeber.az" redaksiyası olaraq, heç kimlə şəxsi qərəzimiz yoxdur. Qələmimiz əyrini əyri yazır, düzü düz.

Biz təkcə Kamal Həsənovun saymazlıqlarını dərc etmirik. İzləyicilərimiz yaxşı bilir ki, çox İcra başçılarının fəaliyyətinə hər zaman güzgü tuturuq. Əgər, məmurların hamısı haqqında qərəzli yazmış olsaydıq, Suraxanı rayon İcra başçısı Əziz Əzizovun da barəsində iradlar yazardıq. Amma, haqq var, qanun var. Necə deyərlər, "Aşıq gördüyünü çağırar".

Elə Kamal Həsənovun aparıcısı olduğu, Cəbrayıl Şəhidlərinə həsr olunmuş tədbiri də biz yayımladıq ki, bunun özü də qərəzli olmadığımızın şəffaf göstəricisidir.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovdan narazı olan biz deyilik, Cəbrayıl rayonunun öz sakinləridir, biz isə hər zaman xalqın səsini aidiyyatı qurumlara, həmçinin ölkə başçısına çatdıran media qurumuyuq.

Artıq, Kamal Həsənovun susqunluğundan, fəaliyyətsizliyindən yorulan daha bir neçə Cəbrayıl rayon sakinləri yenidən dilə gəlib və redaksiyamıza videomüraciət ünvanlayıb.

Belə ki, redaksiyamıza müraciət edən Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayonunda yerləşən 3 saylı qəsəbə ev 287 ünvanında yaşayan Elmira Məmmədova redaksiyamız vasitəsilə ölkə başçısına üz tutaraq deyir:

"Hörmətli prezident, Cəbrayıl rayonunda bütün vəzifələr vərəsə kimi nəsildən nəslə ötürülür. Vəzifədə olan kimsə özü gedəndə, yaxud rəhmətə gedəndə İcra başçısı Kamal Həsənov onun yerinə həmin şəxsin öz oğlunu, oğlu yoxdursa, qardaşı-bacısı oğlunu tapıb gətirib qoyur. Rayonun bu qədər savadlı sakinləri işsiz qaldığı halda, Şuşa sakinini "Azərxalça"ASC-nin Cəbrayıl filialına müdir təyin edib. Onun təqdimatını da Kamal Həsənov verib. Halbuki, qəsəbədə o işə layiq olan kifayət qədər savadlı, bacarıqlı xanımlar var. Bundan əlavə, "vərəsəlik"dən başqa Kamal Həsənov xahişlə, tapşırıqla da vəzifə bölüşdürür. Keçmiş "JEK" müdiri Qoşqar Məmmədov işindəki nöqsanlarına, yeyintiyə görə işdən qovuldu. Qorxusundan gedib Bakıda gizlənmişdi. Kamal Həsənov onu tapıb gətirib, Mərcanlı kənd İcra nümayəndəsinə müavin təyin etdi. Çünki onu keçmiş komitə sədri Əli Həsənovun qardaşı, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Şakir Həsənov tapşırıb. Amma, qəsəbədə ali məktəbə yüksək balla qəbul olan, savadlı, Dövlətə sadiq , dürüst gənclər var ki, hal-hazırda işsizdirlər.

Qəsəbələr üfunət qoxuyur. İlk baxışdan fermanı xatırladır. Çünki, Kamal Həsənov pulunu alıb, fermerlərə qəsəbənin içində ferma salmağa, mal-qara saxlamağa icazə verib. Nəfəs ala bilmirik."...

Bu, hələ Cəbrayıl rayonunun bir sakini Elmira Məmmədovanın dediklərindən bir neçə cümlədir ki, qeyd etdik.

Daha ətraflı burda:



Görüntülərdə gördüyünüz kimi xanım İcra Başçısı Kamal Həsənov və müavinləri, həmçinin şəxsən Tapdıq Nəsirovun adını çəkərək narazılıqlarını ifadə edir.

P.S. Elmira Məmmədovanın müraciətini yayımlamadan öncə, qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə xanım İbayeva ilə telefon əlaqəsi saxladıq. Təəssüflər olsun ki, iş saatı olmasına baxmayaraq, Fəridə xanım dəstəyi qaldırmadı.

(Yeri gəlmişkən, Fəridə xanım media nümayəndələri və rayon sakinləri arasında danışıq tərzi ilə "məşhur"dur. Hər kəs onun ictimaiətlə düzgün əlaqə qura bilməməsi, hamıyla kobud rəftarından narazıdır. Biz də buna bundan əvvəlki müraciətimizdə buna şahid olmuşduq.)

Fəridə xanım cavab vermədiyi halda digər səlahiyyətli şəxs, eyni zamanda adı şəxsən çəkilən Başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tapdıq Nəsirova zəng etdik.

Dəstəyi qaldıran Tapdıq müəllimə ədəbimizlə "Salam" verdik, özümüzü təqdim etdik. Daha sonra isə rayon sakini tərəfindən redaksiyamıza müraciət daxil olduğunu bildirib, qarşı tərəf olaraq mövqe bildirməsini xahiş etmişdik ki, Tapdıq Nəsirov: - "Vətəndaş bizə müraciət eləsin, cavab verək" - deyib, telefonu üzümüzə qapatdı.

Görünür, Cəbrayıl rayon İcra Hakimiyyətində mətbuat nümayəndələri ilə danışmağı bacarmayan təkcə Fəridə xanım deyilmiş. İcra başçısının müavini, bir dövlət məmuru mətbuat nümayəndəsi ilə bu cür danışırsa, artıq sıravi sakinlərlə davranışını təsəvvür etmək o qədər çətin deyil.

Yeri gəlmişkən, obyektivliyimizin daha bir göstəricisi olaraq, Kamal Həsənov barəsində sakinlərin yeganə razılıq etdiyi bir nüansı da vurğulamaq istəyirik. Rayon sakinləri İcra başçısının qəbuluna çox təsadüf hallarda düşə bildiklərini, lakin görüş zamanı başçının onlara qarşı son dərəcə mədəni davrandığını da bildirirlər.

Yüksək dərəcədə mədəniyyətlə dinləyir, probleminin həllinə söz verib yola salır. Sonra da Elmira xanımın da dediyi kimi verdiyi söz yadından çıxır.

Yəni, anlayacağınız hörmətli Kamal Həsənov idarəçiliyində olan rayonun sakinlərini sözün əsl mənasında mədəni şəkildə yola verir.

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 818

Son xəbərlər

Dollar yeni həftəyə belə başlayacaq

Bakıda etiraz aksiyası

Meymunçiçəyinin müalicə üsulu açıqlandı

Dələduzluğun yeni növü... - Diqqət!

Müharibə veteranlarının müavinəti artırılmalıdır

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Bütün xəbərlər