gundem / siyaset / dunya
16.12.2021, 09:50
NATO təhlükədir, orada ağıllı adam yoxdur - Bekman
DogruXeber.az: - NATO ləğv olunana qədər alyans bütün dünya üçün təhlükə yaradacaq. Şimali Atlantika Alyansı çoxdan lazımsız təxribatçı struktur olub.
Bunu finlandiyalı politoloq Yohan Bekman deyib.
Ekspert Çinin də daxil olacağı yeni təşkilatın yaradılmasına çağırıb:
“NATO dərin böhran içindədir və bu vəziyyətdən çıxış yolu axtarır. Amma problem ondadır ki, Alyansın rəhbərliyində ağıllı adam yoxdur. Bunlar Rusiyanın bir növ hibrid əməliyyatlar hazırlaması haqda yeni fantaziyalar yaradan bədnam rusofoblardır”, - politoloq bildirib.
Bekman NATO-nu terror təşkilatı adlandırıb və alyansın ləğv edilməsini istəyib.//axar.az