“Rahat” MTK DÖVLƏTİ SAYMIR? - İTTİHAM


DogruXeber.az: - Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1260-cı keçid ünvanında yerləşən “Rahat” MTK-nın inşa etdiyi binada maraqlı hadisələr cərəyan edir. Bina sakinlərindən daxil olan məlumatda bildirilir ki, “Rahat” MTK-nın inşa etdiyi binada kooperativ sədri işləyən Ələddin Məmmədhəsənov vətəndaşlardan yığdığı işıq və su pullarını dövlət büdcəsinə köçürtmək əvəzinə özünün şəxsi işlərinə xərcləməklə məşğuldur. Nəticədə sakinlərin kommunal xərclər üçün 120 000 manat borcu yaranıb.

Məlumata görə 2017-ci ildən kooperativ sədri işləyən Ələddin Məmmədhəsənov sakinlərin borcu olduğu təqdirdə onların mənzilinə gedən işığı və suyu kəsməklə vətənaşlara təzyiq edir. Hər ay mənzil sahiblərinin işlətdikləri su və işıq borclarını nəğd şəkildə alan Ələddin Məmmədhəsənov yığdığı vəsaitləri dövlət büdcəsinə köçürtməyərək, özü üçün xərcləməkdən qorxmur.

“Rahat” MTK-nın binasının 18.12.2021- ci il tarixinə kimi suya olan borcu səksən min dörd yüz iyirmi bir manat (80421), elektrik borcu qırx bir min doqquz yüz qırx üç manat (41943) təşkil edir.

Həmçinin binanın əlavə dəyər vergisinə borcu üç min beş yüz səksən üç manat (3583) təşkil edir. Sakinlərin hazırkı borcu isə ümumilikdə heç 4 -5 min manat təşkil eləmir. Bu isə o anlama gəlir ki, “Rahat” MTK-nın kooperativ sədri Ələddin Məmmədhəsənovun dövlətə yüz iyirmi min manat (120000) borcu var. Bu borc “Rahat” MTK-nın binasında yaşayan sakinlərin hər ay Ələddin Məmmədhəsənova dövlətə verdikləri vəsaitdir.

Bina sakinlərinin qorxularındna biri ondna ibarətdir ki, Ələddin Məmmədhəsənova nəisə bir şey olsa, o zaman “Azərişıq” və “Azərsu” borca görə onların elektrik və sularını kəsəcəklər. Çünki bütün borc vəsaiti “Rahat” MTK-nın kooperativinin ayağındadır. Adı çəkilən kooperativin sədri isə Ələddin Məmmədhəsənovdur.

Ən maraqlı məqam isə aidiyyatı qurumların bu məsələyə göz yummasıdır. Məhz buna arxalanan Ələddin Məmmədhəsənov vətəndaşdan yığdığı vəsaitləri dövlət büdcəsinə köçürtmək əvəzinə, özünün şəxsi işlərinə rahatlıqla xərcləyir və işin qəribə tərəfi odur ki, “Azərişıq” və “Azərsu” ondan 120 000 manat borcu tələb eləmir. (Replika TV)


Oxunub: 595

Son xəbərlər

YUNESKO siyahısənda dəyişiklik olur

Susmaq imkanı olub susmayanlarımız - Dissinent Sabir Yanardağ

Buyurun tanış olun

Mehriban Əiyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

İsraildə etiraz mitinqi

Balaca qızcığaz dünyanı qəhərə boğdu

Zəlzələni “görən” adam

Tarixin “Avesta” qitəsi

Zəlzələnin başladığı anlar - VİDEO

Cənublu soydaşlarımızdan Türkiyəyə dəstək - VİDEO

Xilasedicilərimiz Türkiyədə

Naxçıvan sakinləri türkiyəyə yardım göndərdi - FOTO

Bakıda yardım toplanır - Birazdan Türkiyəyə yola düşəcək // FOTO

Spacetv-nin rəhbəri o oldu

Vidadi İsayevin unutduğu İKİ KƏND – Yol yox, su yox, işıq yox...

"Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcək" - Prezident

Azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı

Paşinyan 71 hərbi hissəni SATIŞA ÇIXARDI

Media Reyestri “Elektron hökumət” portalına qoşulacaq

2 aylıq körpə sağ çıxarıldı

Hava limanlarında könüllü izdihamı

"Siraqəddin Cabbarov üstümüzə qışqırdı" - Şəhid ailələrin etiraz edir // VİDEO

Fransanın bu jurnalı Türkiyədəki zəlzələni məsxərəyə qoydu

Dövlət Dəniz və Liman Agentliyindən gəmilərə XƏBƏRDARLIQ

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR

Ordumuzun bölmələrinə həyəcan siqnalı verildi - VİDEO

Dağıntılar altında uşaq dünyaya gətirdi

Ağlayaraq yardım istədilər

Bayden Polşaya səfər edəcək

Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?

Bütün xəbərlər