gundem / hadise / bolge
24.12.2021, 09:36
Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Valeh Sadıqovdan bir ədəd müvafiq sənədləri olmayan “İj” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır