"İcra başçısı deyir, get, sabah gələrsən" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Sosial şəbəkələrdə Goranboy rayonunda yaşayan Vətən müharibəsi qazisi Vüsal Quliyevin çətin şəraitdə yaşaması ilə bağlı videomüraciəti yayılıb.
Sözügedən videoda göz yaşları içində danışan qazi rəsmi qurumlar tərəfindən get-gələ salındığını deyir: “Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşmışam, deyir get sabah gələrsən, birisi gün gələrsən. Bayrama görə ayın-oyun almağa gücüm çatmır”.
"DogruXeber.az" "qafqazinfo"ya istinadla xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov sözügedən Vətən müharibəsi iştirakçısının çətin şəraitdə yaşadığını təsdiqləyib. Bildirib ki, o, İcra Hakimiyyətinə bir həftə əvvəl müraciət edib: “Vüsal Quliyev müharibə dövründə hərbi xidmətdə olub, döyüşlərdə iştirak edib. Biz də onun haqqında yenicə məlumat almışıq, bizə bir həftə olar müraciət edib. Çox pis vəziyyətdə yaşayırlar. Onun evində olmuşuq. Heç şəxsiyyət vəsiqəsi belə yoxdur. Nəinki özünün, ailəsində heç kimin sənədləri yoxdur. Hərbi biletinin əsasında sənədlərini toplamışıq.
ƏƏSM tərəfindən şəhid ailələri və qazilərə növbə əsasında ev tikilir. Lakin onun sənədləri olmadığına görə növbəyə yaza bilmədik. Ailəsini bizim köhnə xəstəxanada binada müvəqqəti yerləşdirmək istədik ki, sahibkarlara müraciət edək, kimin imkanı varsa, onun ev tikintisinə yardım etsin. Lakin qalmaq istəmədilər. Tapşırmışıq həmin xəstəxanadan salamat vəziyyətdə olan məişət əşyaları- stol, stul, çarpayı və digər əşyalar göndərilib. Dünən ərzaq yardımı etmişik. Həmçinin başqa sahibkarlar da ona ərzaq yardımı, maddi vəsait göndəriblər”.
Qeyd edək ki, Quliyev Vüsal Məhiyəddin oğlu 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib və müvafiq medallarla təltif edilib.


Oxunub: 994

Son xəbərlər

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

Brent ucuzlaşdı

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər