"Vaxt vardı, yüksək bal toplayanların arasında oğlanların sayı çox idi" - Bəs indi NƏ OLUB?

DogruXeber.az: - Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunununda məqsəd cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi kimi müəyyənləşdirilib.
Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info saytına açıqlamasında bildirib ki, qanuna əsasən təhsil müəssisələrinin fəaliyyətində aşağıdakı hallar cinsi mənsubiyyətə görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər: qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı kişi və qadınlara qarşı fərqli tələblərin tətbiq edilməsi; təhsil sahəsinin seçilməsində kişi və qadınlar üçün fərqli imkanların yaradılması: “Bu baxımdan ölkəmizdə gender bərabərsizliyinə problem statusu olan kimi baxmaq o qədər də real görünmür. Bizdə təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də, təhsili gender bərabərliyinə nail olmaq və qadın və qızların imkanlarının genişləndirilməsinin mühim vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Azərbaycanda təhsil sistemini tənzimləyən hüquqi-normativ sənədlərə əsasən cinsindən asılı olmayaraq hər bir vətəndaşın təhsil almaq hüququna malik olması qanunvericiliklə təsbit edilir. Dövlət, kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir. İşəgötürən, kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaradılır. Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir”.

Ekspert qeyd edir ki, təhsildə gender bərabərsizliyi dedikdə adətən məktəblərdə kişi müəllimlərin azlığı və məktəbli qızların təhsildən yayınması və erkən nikaha cəlb olunması nəzərdə tutulur. Bu gün Azərbaycanın 4500 yaxın ümumtəhsil məktəblərində çalışan 150 minə yaxın müəllimin 71%-ni xanımlar, 29%-ni isə kişi müəllimlər təşkil edir. Bəzi rəqəmlərə görə müəllimlərin 83 faizi xanımlardır. Rəsmi araşdırmaların nəticələrinə görə, qəbul imtahanlarında qızların hər bir fənn üzrə orta statistik nəticələri oğlanların orta statistik nəticələrindən daha yüksəkdir.

“Amma müəyyən vaxt var idi ki, yüksək bal toplayanların arasında oğlanların sayı daha çox idi. Orta nəticələr göstərənlər isə əsasən qızlar olub. İndi isə bu tendensiya dəyişib. Artıq yüksək nəticə göstərənlərin sırasında qızların sayı çoxalıb. Yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə qızlar humanitar, oğlanlar texniki sahəyə meyil edir. On ildir ki, Azərbaycanda bu tendensiya dəyişib.

Kişi müəllimlərin məktəblərdə azlıq təşkil etməsi əsasən əmək haqqının aşağı olması ilə izah olunur ki, bu istiqamətdə də son illər müəyyən işlər görülüb və görülməkdə davam edir. Bir də ki kişi müəllimlər maddiyatla bağlı məktəblərə deyil, daha çox kurslara və repetitorluq fəaliyyətinə meyllidirlər. Yəqin ki, Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Ölkə başçısının son Sərəncamı sözügedən məsələyə də təsirsiz ötüşməyəcək”-deyə N.İsrafilov bildirib.

Qızların təhsili mövzusunda fikir bildirən ekspert vurğulayıb ki,bu təkcə bizim üçün deyil, bu və bu kimi məsələlər uzun illərdən bəri gündəmdə olmaqla, daim düşündürücü xarakter daşıyıb, müxtəlif izahlarla, yanaşmalarla müşayiət olunub.

N.İsrafiliov əalvə edib ki, Dünya Bankının qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatında da qeyd olunmuşdu ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir. Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89 faizi ibtidai, 77 faizi orta məktəbi bitirir. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq. Digər tərəfdən, bu səbəbdən də doğum səviyyəsi, eləcə də Yer kürəsinin əhalisi azalacaq. Qadınlar üçün tam orta təhsilin mümkünlüyü onların öz sağlamlıqları barədə məlumatlı olmalarına, psixoloji durumlarına müsbət təsir edə, uşaqlar arasında ölüm səviyyəsini 5 yaşa qədər azalda bilər.

“Dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az rast gəlinmir. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Qızların təhsildən yayınması əsasən regionlar, xüsusən də ölkəmizin cənub bölgəsi üçün daha xarakterikdir. Problemin ağrılı tərəfi odur ki, bu gün bəzi valideynlər israrlıdırlar ki, qızlarına təhsil vermək əvəzinə 14-15 yaşına çatan kimi ərə versinlər. Əlbəttə bu və bu kimi məsələlərin həlli Qanunvericiliyimizdə valideyn məsuliyyəti ilə bağlı müəyyən təkmilləşdirmələr aparılmasını zəruri edir” - deyə ekspert bildirib.


Oxunub: 189

Son xəbərlər

Dollar yeni həftəyə belə başlayacaq

Bakıda etiraz aksiyası

Meymunçiçəyinin müalicə üsulu açıqlandı

Dələduzluğun yeni növü... - Diqqət!

Müharibə veteranlarının müavinəti artırılmalıdır

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Bütün xəbərlər