“Alimlər şəhərciyi” büdcəni necə yeyir? - Şübhəli tenderlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi Ruslan Təmir-Tikinti MMC ilə iki satınalma müqaviləsi imzalayıb.
DogruXeber.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, maliyyə dəyəri 130 663.71 AZN olan müqavilədə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində AMEA əməkdaşları üçün inşa olunan "Alimlər şəhərciyi” yaşayış kompleksində sahədaxili su və kanalizasiya xətlərinin çəkilməsi işlərinin satın alınması, maliyyə dəyəri 89 146.88 AZN olan müqavilədə isə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində AMEA əməkdaşları üçün inşa olunan "Alimlər şəhərciyi” yaşayış kompleksində xarici kanalizasiya xəttinin çəkilməsi işləri ilə əlaqədar açılmış kanaldan kanalizasiya borularına mane olan kabelin yerinin dəyişdirilməsi işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, Ruslan Təmir-Tikinti MMC 19 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 81, mənzil 83-84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Çərkəz oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Baxmayaraq ki, MMC 16 ildir fəaliyyət göstərir və iri məbləğli dövlət satınalmalarında iştirak edir, onun nə əlaqə nömrələri, nə də veb-səhifəsi mövcuddur.

Ruslan Təmir-Tikinti MMC-yə ən çox sifariş verən qurum isə AMEA-dır. Təkcə 2021-ci ildə AMEA ilə MMC arasında toplam maliyyə dəyəri 823 874.61 AZN təşkil edən 5 satınalma müqaviləsi imzalanıb. Müqavilələrin hamısı Saray qəsəbəsində AMEA əməkdaşları üçün tikilən "Alimlər şəhərciyi”ndə görüləcək işlərlə bağlıdır. Maraqlıdır ki, AMEA Ruslan Təmir-Tikinti MMC ilə sentyabr ayında təxminən yarım milyon manatlıq müqavilə imzalayarkən şirkətin 32 826 AZN vergi borcu olub. Dövlət satınalmalarında iştirakın əsas şərtlərindən biri də iddiaçının tender komissiyasına vergi borcunun olmadığı barədə arayış təqdim etməsidir.

Belə çıxır ki, Ruslan Tımir-Tikinti MMC komissiyaya saxta arayış təqdim edib. Yaxud da tender sadəcə formal xarakter daşıyıb.


Oxunub: 565

Son xəbərlər

İsrail Qəzzaya humanitar yardımları qadağan etdi

BMT Qəzzanı dünyada uşaqlar üçün ən təhlükəli yer adlandırıb

"Rusiya və Ukrayna gizli danışıqlar aparır" - Herş

Yer kürəsində güclü maqnit qasırğası baş verib

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

“Brent” nefti ucuzlaşdı

İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? - Həkimdən AÇIQLAMA

Bütün xəbərlər