Naxçıvanda məktəblilər niyə narazıdır? - GİLEY

"DogruXeber.az"ın bildirdiyinə görə Naxçıvandakı məktəblərə istilik verilməsi bir neçə gündür ki, tam dayandırılıb.

Bu haqda "Gündəlik Naxçıvan"a muxtar respublika ümumtəhsil və uşaq musiqi məktəblərində çalışan bir qrup müəllim məlumat verib. Onlar deyir ki, bununla bağlı rəsmi izahat verilmir. Ancaq qeyri-rəsmi məlumatlar görə səbəb, məktəbləri təmin edən istixanalara qaz verilməsinin məhdudlaşdırılmasıdır. Naxçıvan şəhər orta məktəblərinin birində çalışan, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, istilik olmadığından, normal dərs keçə bilmirlər:

"Təxminən bir ay öncə məktəblərdə istilik tam dayandırıldı. Dedilər ki, İran qazı kəsib, ona görə. Bir müddət sonra istilik qismən bərpa olundu. Fasilələrlə olsa da qızdırıcılar işləyirdi. Bir həftədən çoxdur ki, yenə tam bağlayıblar. Soyuqdan sinifdə oturmaq olmur. Ötən il bu vaxt istilik var idi, sinifdə köynəklə otururduq. İndi uşaqlı, müəlimli gödəkcə əynimizdə titrəyirik. Belə normal dərs də keçmək olmur. Nə vaxt düzələcəyi ilə bağlı da bir söz demirlər".

İki uşağı orta məktəb şagirdi olan Naxçıvan şəhər sakini Fərahim Abbasov deyir ki, problemlə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb:
" Uşaqları məktəbə buraxmırsan, təhsildən qalır. Buraxanda da gedib xəstələnib qayıdırlar üstümüzə. Evdə qalıb sağaldıqdan sonra bir də məktəbə gedib, yenə xəstələnirlər. Naxçıvan MR Təhsil Nazirliyinə bununla bağlı bir qrup valideyn şikayət edib. Elə deyirlər ki, səbrli olun, düzələcək. Nə vaxt düzələcək? Qarşıdan Naxçıvanın sərt qışı gəlir. Daha da şaxtalı olacaq hava. Uşaqların taleyi necə olacaq, bilmirik".

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Təhsil nazirinin müavini Ovni Muradov mövzu ilə bağlı sualı eşitdikdən sonra telefon əlaqəsini kəsdi. Sonrakı zənglərimiz isə cavabsız qaldı.


Oxunub: 177

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər