Bu il Bakıda evlərin qiyməti artacaq? - AÇIQLAMA

DogruXeber.az: - “Bu il də ötən ildə olduğu kimi Bakının daşınmaz əmlak bazarında qiymətlərin artacağı gözlənilir”.

Bu barədə “Report”a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.

E.Fərzəliyev bildirib ki, bunun səbəbi həm tikinti materiallarının qiymətlərinin artması, həm də paytaxtda tikintiyə yararlı torpaq sahələrinin az olmasıdır:

“Digər tərəfdən, artıq tikinti şirkətləri daha çox istismar müddətini bitirmiş köhnə 4-5 mərtəbəli binaları söküb onların yerində yeni binalar tikirlər. Bu zaman onların qazancı əvvəlkindən daha az olur. Çünki bir binanı sökərkən tikinti şirkəti məcburən həmin binanın sakinlərinə bina tikilib təhvil verilənə qədər kirayə pulu ödəyir. Daha sonra həmin sakinlərə həmin binadan daha geniş, tam təmirli mənzil verilir. Bir 4 bloklu beşmərtəbəli binada 60 mənzil varsa, onu söküb yerində yeni bina tikəndə şirkət binadakı mənzillərin yarıdan çoxunu sakinlərə verməli, digərlərini satıb qazanc götürməlidir. Bu isə şirkətlər üçün əlverişli olmadığına görə, məcburən onlar mənzillərin kvadratmetrinə görə qiymətlərini artıracaq”.

Ekspert qeyd edib ki, yeni tikili binaların altındakı obyektlərin fəaliyyətinə tətbiq edilən qadağalar da mənzillərin qiymətinin artmasına təsir edəcək:

“Eyni zamanda ötən ilin sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni tikili binaların altında bir sıra iaşə müəssisələrinin fəaliyyəti qadağan edildi, digərlərinin isə saat 23:00-a qədər işləməsinə icazə verildi. Tikinti şirkətləri daha çox binaların altındakı qeyri-yaşayış sahələrini sataraq pul qazanırdılar. Yeni qanun binaların altında ictimai iaşə fəaliyyəti üçün nəzərdə tutulan obyektlərin satışına mane olacaq. Bu da tikintilərin ümumi qiymətinə təsirsiz ötüşməyəcək.

Bu gün mənzillərin əksəriyyəti kredit yolu ilə satılır. İpoteka kreditləri və şirkətdaxili kreditlər vasitəsilə satılan mənzillərin sayı əvvəlki illərdən daha çoxdur. Bu da onu göstərir ki, mənzillərin alışına tələbat çoxdur. Tələbin çox, təklifin az olması qiymətlərə də təsir edir.

“Bu sahədə qiymətin artmaması üçün dövlətin özünün müəyyən dəstəyi olmalıdır. Tikinti şirkətləri üçün müəyyən imtiyazlar, vergidən azad olmalar tətbiq edilməli, yaxud dövlət özü hansısa formada söküntülər aparıb torpaqları satın alaraq tikinti şirkətləri üçün şərait yaratmalıdır ki, tikintilərin xərci aşağı düşsün və vətəndaşların ev problemi həll edilsin”, - deyə ekspert bildirib.


Oxunub: 182

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər