"Həyat yoldaşımdan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib dedim ki...”

DogruXeber.az: - "1962-ci illər idi, heç kimi ata, anası kinoya buraxmırdı. Mənim atam və anam isə heç nə demədi, çünki müasir insanlar idilər. Qardaşımı caza qoymuşdular, məni də rəqs məktəbinə. Rejissor Rasim Ocaqov o vaxt “Cazibə qüvvəsi” filmi üçün aktrisa axtarışında idi. Məni görən kimi dedi ki, heç bir aktrisa daha axtarmırıq, axtardığımızı tapdıq. İlk filmim idman haqqında çəkilən “Cazibə qüvvəsi” oldu. Bir çox aktyor və rejissorlarla çalışmışam. “Sən niyə susursan?” filmində Həsən Seyidbəyli məni baş rola çəkdi. O vaxt gənc olan Xəyal Axundzadə də rejissorun diqqətini çəkmişdi. Həsən Seyidbəyli Xəyalı Şövkət Ələkbərovanın yas məclisində çay paylayan yerdə görmüşdü”. Bunu Moderator.az-a açıqlamasında bir zamanların məşhur aktrisası Rəna Səlimova deyib. O daha sonra əlavə edib.

“Xəyal Axundzadə ilə mən məktəb illərindən tanış idim. O 134 saylı məktəbdə oxuyurdu, mən isə 160 saylı məktəbdə. Daha sonra bizim məktəbə gəldi. Məktəbi bitirəndən sonra Xəyalla ailə həyatı qurdum. Daha sonra elə oldu ki, məni Moskvaya filmə dəvət etdilər, o isə Bakıda qaldı. Xəyalı daha sonralar filmə çəkmirdilər. Kino bizi saxlayırdı, ayırmağa qoymurdu, ona görə də sevgimiz elə kino ilə də bitdi. Kinoda qovuşduq, kinoda da ayrıldıq. Hətta mən biləndə ki, bəzi çəkilişlərə Xəyalı dəvət etməyiblər, çəkilişlərdən imtina edirdim. Onunla ayrılandan sonra ikinci dəfə ailə həyatı qurdum. İki uşağımız dünyaya gəldi. İkinci dəfə ailə həyatı qurduğum oğlanın anası aktrisa olmağıma narazı idi. Çünki onlar aktrisaya pis baxırdılar. Ona görə də kinoya əlvida dedim. Hətta Həsən Seyidbəyli məni “Nəsimi” filmində Şəms obrazına dəvət etmişdi. Amma ikinci həyat yoldaşım icazə vermirdi. Elə oldu ki, biz ayrıldıq. Həyat yoldaşımdan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib dedim ki, indi məni Şəms obrazına çəkə bilərsən. Amma gec idi, artıq Şəms obrazına aktrisa seçilmişdi. Həsən Seyidbəyli mənə bu filmdə rəqqasə obrazını həvalə etdi. Zeynəb Xanlarova oxuyurdu, mən isə rəqs edirdim. Mən kaş ikinci dəfə ailə həyatı qurmazdım, yalnız sənəti düşünərdim. Bu gün o illəri yadıma salıram, bəzən köhnə kino işçiləri zəngləşirəm, danışıram. Heyf ki, bizim dövrümüzün rejissorları indi yoxdur, ona görə də bizim qəbildən olan aktrisalar kinodan uzaqlaşıblar” deyə aktrisa bildirdi.


Oxunub: 376

Son xəbərlər

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bu günə olan valyuta məzənnələri

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi olacaq

"Azərbaycanın ən parlaq ulduzu" mükafatını onlar ALDI

Bu kadrlar Ermənistanı təşvişə salacaq - VİDEO

Azərbaycan idmançısı beynəlxalq yarışda 1-ci yeri qazandı

Səbailin icra başçısı Vüqar Zeynalovun “qoçu dəstəsi” də, 5 nəfər doğma-yaxını Qarabağ uğrunda gedən savaşlarda şəhid olan imkansız qadının evini başına uçurdu — BİABIRÇI ÖZBAŞINALIQ

Bütün xəbərlər