"Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunda hər zaman şəhid və qazilərin ailə üzvlərinə təmannasız xidmətlər göstərilib"

DogruXeber.az: - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru, fəal səhiyyə ictimaiyyətçisi Xəyalə Təhməzi sosial media hesablarında kifayət qədər həssas bir məsələdən - cəmiyyətin şəhid ailələrinə diqqətindən bəhs edib. "Ümumiyyətlə çalışdığım Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunda həmişə Vətən müharibəsi şəhidlərinin və qazilərimizin ailə üzvlərinə təmannasız tibbi xidmətlər göstərilmiş, müayinə və müalicələr həyata keçirilmişdir" yazan Xəyalə Təhməzi Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğunu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımların atılmasının dövlət siyasətinin əsas prioritetlırindən biri kimi qiymətləndirib: "Əlbəttə, bu addımlar cəmiyyətə bir mesajdır. Cəmiyyətin ən müxtəlif sahələrində çalışan bizlər bu siyasətə dəstək olmağa borcluyuq. Torpaqlarımız və qəhrəman döyüşçülərimizin ailələri, övladları bizə şəhidlərimizin əbədi əmanətləridir. Şəhid olduqdan sonra onların ailələrinə, həyata övlad gətirən xanımlarına, dünyaya göz açan övladlarına xidmət etmək məncə hər birimizin borcu, hər bir həkimin isə ümdə vəzifəsidir. Biləsuvar rayon sakini, 26 yaşlı şəhidimiz Sarvan Mirzəyev, Suqovuşanda şəhidliyə ucalan leytenant Ağamalıyev Şəhriyar övladlarının üzünü görmədən dünyalarını dəyişdilər. Amma ölümlərindən sonra da dünyamıza, cəmiyyətimizə özləri kimi nur üzlü övladlar bəxş etdilər. İgid oğullarımızın övladlarının da layiqli vətəndaşlar olacağına əminəm. Necə deyərlər, ağac kökü üstündə bitər! Şəhidlərimizin ailələri ailəmiz, övladları, əmanətləri hər zaman başımızın tacı olacaq".


Oxunub: 537

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər