Banklar dolların alış qiymətini niyə qaldırıb – “Əcaib” səbəb

DogruXeber.az: - Son həftələrdə banklar Amerika valyutasının alış qiymətini qaldıraraq, onu Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnəsinə bərabərləşdirib. Bəzi banklarda məzənnə 1,7 manata qalxıb, baxmayaraq ki, əvvəllər maliyyə strukturları dolları 1,69 manatdan yuxarı almırdı. Hüquqşünas və maliyyəçi Əkrəm Həsənovun AYNA-ya şərhinə görə, burada yalnız bir məntiqi izah var - bəzi bankların dolları çatmır: “Yalnız bəzi banklar Mərkəzi Bankın məzənnəsi ilə valyuta almağa başladığı üçün heç də bütün maliyyə qurumlarının dollara ehtiyacı olmasını demək olmaz. Buradan belə nəticə çıxır: Mərkəzi Bank mövcud məzənnə ilə bankların dollara olan tələbatını kifayət qədər ödəmir”.

“Belə olmasaydı, əhalidən dolları 1,7 manata almazdılar. Axı bu, o deməkdir ki, bank müştərilərə xidmət göstərir, bununla bağlı vaxt itirir və nəticədə Mərkəzi Bankın məzənnəsi ilə alış edir, halbuki tənzimləyicidən bir neçə milyon almaqla bunu daha asan etmək olardı”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, vəziyyət onu deməyə əsas verir ki, AMB bəzi banklara yetərincə dollar satmır və onlar faktiki olaraq kiçik dollar məbləğləri uğrunda rəqabət yoluna qədəm qoyublar: “Yerli bank sisteminin və bütövlükdə iqtisadiyyatın inhisarlaşdırılmasını nəzərə alsaq, bu, təəccüblü deyil. Mərkəzi Bank dolların rəsmi məzənnəsini 1,7 manat müəyyən edir və bu məzənnə ilə banklara valyuta satmağı öhdəsinə götürür. AMB-dən almaq mümkünsə, maliyyə strukturunun əhalidən eyni qiymətə dollar almasına səbəb nədir? Belə çıxır ki, biz vətəndaşlar üçün dollar alışına üstüörtülü məhdudiyyətlər qoymuşuq və üstəlik, bankların dollara olan tələbatı ödənilmir”.

“Məqsəd bəllidir - valyuta ehtiyatlarını nəyin bahasına olursa-olsun saxlamaq. Təbii ki, bunun üçün qeyri-qanuni yollardan istifadə edilir - limitlər, vaxt məhdudiyyətləri (banklar günortadan sonra dollar satmır) və banklarda tələbi müəyyən edilmiş məzənnə ilə dollarla təmin etmək istənilməməsi”, - deyə Həsənov vurğulayıb.

Yeri gəlmişkən, bir müddət əvvəl iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə, bankların Mərkəzi Bankın məzənnəsinə uyğunlaşdıraraq Amerika valyutasının alış qiymətini artırdığını bildirmişdi.

Son məlumatlaraa görə, Azərbaycanın 26 bankında hazırda dolların alış-satış məzənnəsi belədir:

“Access Bank” - alış 1.699/satış 1.7025 AZN;

“AFB Bank” - 1,7/1,7025 AZN;

Azərbaycan Beynəlxalq Bankı - 1,697/1,702 AZN;

Azərbaycan Sənaye Bankı - 1,7/1,7025 AZN;

“Azər-Türk Bank” - 1.697/1.702 AZN;

“Bank Avrasiya” - 1.697/1.7025 AZN;

“Bank of Baku” - 1,7/1,7025 AZN;

“BTB Bank” - 1,7/1,7025 AZN;

“Bank Respublika” - 1,695 AZN/1,7025;

“Premium Bank” - 1,7/1,7025 AZN;

“Bank VTB” - 1.697/1.7025 AZN;

“Express Bank” - 1.697/1.7025 AZN;

“Günay Bank” - 1.697 AZN/1.7025;

“Kapital Bank” - 1,697/1,702 AZN;

“Bank Melli İran” (Bakı filialı) - 1,7/1,7025 AZN;

“Muğan Bank” - 1,7/1,7025 AZN;

“Naxçıvan Bank” - 1,7/1,7025 AZN;

“Yelo Bank” - 1,7/1,7025 AZN;

Pakistan Milli Bankı (Bakı filialı) - 1.697 AZN/1.7025;

“Paşa Bank” - 1.697/1.702 AZN;

“Rabitə Bank” - 1,7/1,7025 AZN;

“Turan Bank” - 1,7/1,7025 AZN;

“Unibank” - 1.7/1.7025 AZN;

“Xalq Bank” - 1,7/1,7025 AZN;

“Yapı Kredi Bank Azərbaycan” - 1.6975/1.7025 AZN;

“Ziraat Bank Azərbaycan” - 1.695/1.7025 AZN.


Oxunub: 881

Son xəbərlər

"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında

Ermənistan bununla bağlı NATO ilə razılığa gəldi

Minlərlə milyonerin köçdüyü şəhər: Səhranın ortasındakı cənnət varlıları necə cəlb edib?

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

ABŞ-ın məşhur aviaşirkəti Tel-Əvivə uçuşlarını dayandırdı — SƏBƏB

Yaponiyada atom elektrik stansiyasında yanğın oldu

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü

“Ermənilərlə azərbaycanlılar birlikdə yaşayacaq, bu dəfə vəziyyət başqa cürdür...”

Tbilisidə etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb — VİDEO

Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW

Taleh Kazımovdan "Naxçıvan Bank"la bağlı açıqlama: Bağlanır?

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Sabah 28° isti olacaq

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Bütün xəbərlər