gundem / sosial
18.01.2022, 16:40
Nazir şöbə müdirini direktor təyin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olunub.
"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Əkpərov Kənan Eyvaz oğlu “Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.
Qeyd edək ki, Kənan Əkpərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.