"Həftəlik rüşvət toplanmayanda Vilyam Hacıyev deyirdi ki..." - Şahid

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"DogruXeber.az" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində elan olunmuş Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə bağlı ittihama aydınlıq gətirib. Vəkil bildirib ki, orada söhbət bir neçə ov tüfəngi barıtından gedir.

Daha sonra məhkəmədə şahidlər ifadə verib. Şahid qismində ilk olaraq, İmişli Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri olan Rahim Zahidov ifadə verib. R.Zahidov bildirib ki, işini itirməmək üçün qanuni və qanunsuz bütün tapşırıqları yerinə yetirməli olub: "Vilyam Hacıyev tərəfindən vətəndaşlara mənzillərin verilməsi və torpaqların icarəyə verilməsi ilə bağlı tapşırıqlar verilirdi. Mənzillərin verilməsi zamanı qanunsuzluqlar olurdu. Mənzil növbəsində olan adam qalırdı kənarda, başqa adamlara ev verilirdi. Dəfələrlə başçının özünə də deyirdim ki, növbədə dayanan adamlar var, onların hüququ pozulur. Cavabı da belə olurdu ki, mən deyirəmsə, edilməlidir. Mənzillərin satış qiymətləri isə otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, 2 otaqlı mənzilə görə 10 min manat, 3 otaqlıya görə 18 min manat alınırdı."

Şahid torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı da danışaraq bildirib ki, İcra Hakimiyyəti tərəfindən müəyyən torpaq sahələri də rüşvət müqabilində satılırdı: "Məsələn, bir nəfərə 70-80 min manata torpaq sahəsi satılmışdı. Torpaq satışı ilə bağlı məsələlər dövlət torpaq şöbəsi ləğv olunana qədər davam etdi".

Məhkəmədə müdafiə tərəfi vəsatət qaldıraraq şahidin ifadəsində səsləndirdiyi epizodlara görə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Bu şəxs hələ də icra hakimiyyətində eyni vəzifədə işləyir, demək dediyi əməlləri indi də davam etdirir. Həmçinin, özünün dediyinə əsasən, qanunsuzluqları görsə də, susub. Xahiş edirik tədbir görülsün".

Vəsatətə münasibət bildirən Vilyam Hacıyev şahidə ondan əvvəl işləmiş icra başçılarının vaxtında qanunsuzluqlar olub-olmadığını soruşub. Şahid isə ona “Xeyr, sizdən əvvəl olmayıb. Çünki onlar qanunsuz tapşırıqlar vermirdi", cavabını verib.

İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbəri Nazim Rəsulov da məhkəmədə şahid qismində ifadə verib. Şahid V.Hacıyevin ondan həftəlik hesabatlar tələb etdiyini deyib: "Görülən işlər haqqında yox, həftə ərzində yığılan rüşvətlə bağlı ona hesabat verilirdi. Soruşurdu nə qədər rüşvət toplanıb, rüşvət daxil olmayanda deyirdi ki, isləmirsiz də".

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.


Oxunub: 494

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Ceyhun Bayramov: “İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır”

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

Robotlar insanlarla yarışdı - Çində ilk

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Prezident qanunu imzaladı

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bütün xəbərlər