Vəfat edən şəxsin pensiya kapitalının taleyi necə olacaq? - AÇIQLAMA

Son zamanlar şəxs vəfat edərkən onun pensiya kapitalının taleyinin necə olacağı əsas müzakirə olunan məsələlərdən biridir. Vəfat edən şəxslərin topladığı pensiya kapitalından onların vərəsələrinin istifadə etməsi təklif olunur.

Deputat Əli Məsimli bununla bağlı "DogruXeber.az"a açıqlamasında bildirib ki, vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı müxtəlif ölkələrin təcrübələri var. O qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, pensiya hüququ olan şəxs vəfat edirsə, onun pensiyası pensiya hüququ olan və ya əlilliyə görə pensiya almaq hüququ olan ailə üzvünə verilə bilər:

"Pensiya kapitalının hamısının şəxsin ailə üzvlərin tərəfindən götürülməsi məsələsi isə Azərbaycan qanunvericiliyində yoxdur. Ona görə də müvafiq tədbirlər görmək və qanunvericilikdə dəyişikliklər edilməlidir. Belə ki, vəfat etmiş şəxsin pensiya kapitalının hamısının həmin şəxsin ailə üzvlərinə verilməsi sahəsində mürəkkəbləşdirilmiş vəziyyətə aydınlıq gətirilməsinə və bu məsələnin optimal bir varaintda həll edilməsinə ehtiyac var".

Milli Məclisin üzvü Vüqar Bayramov vaxtından əvvəl dünyasını dəyişən vətəndaşların yığdığı kapitalın bir hissəsinin vərəsələrə transfer edilməsi məsələsini təklif etdiyini bildirib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, kapitaldan həmin şəxsin 18, əgər təhsil alırsa 23 yaşına qədər övladları, pensiya yaşında olan valideynləri, yoldaşı istifadə edə bilər:

"Belə olmadıqda isə həmin pensiya kapitalından istifadə olunmur. Ona görə də təklif edirik ki, həmin vətəndaşların topladığı kapitalın bir hissəsi onun vərəsələrinin hesabına transfer edilsin, onlar bu vəsaitdən istifadə etmək imkanına malik olsun".


Oxunub: 327

Son xəbərlər

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

2 milyon manat mənimsəyən hərbçi həbs olundu

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

"Yaxşı etmişəm" - Sərhəddə erməniləri saxlayan rəis müavini

Bütün xəbərlər